Qəza zamanı yararsız hala düşmüş VAZ-21011

Gədəbəydə ağır qəza olub, 2 nəfər ölüb

53
(Yenilənib 08:43 04.06.2018)
Gədəbəydə iki VAZ toqquşub, 2 nəfər ölüb, 4 nəfər yaralanıb

BAKI, 4 iyun — Sputnik. Gədəbəydə iki avtomobil toqquşub, ölən və yaralananlar var. APA-nın verdiyi məlumata görə, hadisə rayonun Gərgər kəndində baş verib. 

Hərəkətdə olan iki "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Onlardan sürücülər 1973-cü il təvəllüdlü Qarayev Nail və 1974-cü il təvəllüdlü İsmayılov Aydın xəstəxanada ölüblər. 

Yaralılardan iki nəfəri Gəncədə olan xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

53
Əlaqədar
Yasamal rayonunda ağır qəza: Maşın aşdı, sürücü... - VİDEO
Goranboyda ağır qəza: Sürücü infarkt keçirdi, 3 nəfər öldü
Şəmkirdə ağır qəza: İki ölü, iki yaralı
Masallı ağır qəza: 4 nəfər yaralandı
Seysmoqraf, arxiv şəkli

Qardaş ölkədə güclü zəlzələ gözlənilir - Mütəxəssis açıqladı

215
Geologiya mütəxəssisi Aysun Aykan zəlzələnin gücünün 7.6 bala qədər arta biləcəyini, ehtimal edilən zəlzələnin isə 28 milyon insana təsir edəcəyini açıqlayıb.

BAKI, 26 sentyabr — Sputnik. Türkiyəli geologiya mütəxəssisi xanım Aysun Aykan Mərmərə Dənizində zəlzələ olacağı ilə bağlı proqnoz verib.

Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, Aykan zəlzələnin gücünün 7.6 bala qədər arta biləcəyini, ehtimal edilən zəlzələnin isə 28 milyon insana təsir edəcəyini açıqlayıb.

Aysun Aykan ötən gün Mərmərə Dənizində baş verən 4.2 bal gücündə olan zəlzələnin çox riskli bir nöqtədə meydana gəldiyini söyləyib.

"Mərmərə Dənizindəki son zəlzələlər bir daha göstərdi ki, Mərmərə dənizi zəlzələlər baxımından aktivdir, canlıdır və zəlzələ yaratma potensialına malikdir. Mərmərə Dənizindəki orta mərmərə çuxurunda 4.2 bal gücündə zəlzələ baş verdi. Zəlzələnin baş verdiyi yer çox vacib bir yerdir. Gözlədiyimiz böyük bir zəlzələ nöqtəsində meydana gəldiyi üçün də narahat edicidir"-deyə mütəxəssis diqqətə çatdırıb.

O vurğulayıb ki, bu zəlzələ Türkiyənin birinci prioriteti olmalıdır, xüsusilə də Mərmərə bölgəsi: "Çünki bu zəlzələ yalnız İstanbula təsir etməyəcək. Mərmərə Dənizinin sahillərində yerləşən bütün vilayətlərə (Balıkesir, Bursa, Yalova, Çanaqqala, Kocaeli, Tekirdağ) çox təsir edəcək. Ehtimal edilən bu zəlzələ 28 milyon insana təsir edəcək. Əslində bu zəlzələ bütün Türkiyəyə təsir edəcək. Türkiyə bu zəlzələyə çox diqqət etməlidir".

215
Taksi, arxiv şəkli

Dayanacaqda sərnişin üstündə baş verən dava nəticəsində 3 nəfər öldü

26
(Yenilənib 15:03 26.09.2020)
Üç nəfərin ölümünə səbəb olan şəxs hadisə yerindən qaçsa da, tüfəngi hadisə yerində qoyub. Hadisə nəticəsində yaralananlar da var.

BAKI, 26 sentyabr — Sputnik. Dayanacaqda baş verən dava nəticəsində 3 nəfər dünyasını dəyişib. Hadisə Türkiyədə baş verib.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, taksi sürücüləri arasında sərnişin üstündə dava baş verib. Hadisə nəticəsində tüfəngdən açılan güllə 3 nəfərin ölümünə səbəb olub. Hadisə anaban kameralarla qeydə alınıb. Hadisə nəticəsində yaralananlar da var.

3 nəfərin ölümünə səbəb olan şəxs hadisə yerindən qaçsa da, tüfəngi hadisə yerində qoyub.

26
İşğal olunmuş ərazilərimizdə Ermənistan SQ hərbçisi, arxiv şəkli

Qarabağ separatçıları əraziləri itirdiklərini etiraf etdilər

0
Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Həmçinin Murovda əhəmiyyətli yüksəklik alınıb

BAKI, 27 sentyabr - Sputnik. İşğal olunmuş Dağlıq Qarabağdakı separatçılar Azərbaycan ordusunun əks-hücumu nəticəsində bir sıra ərazilərin əllərindən çıxdığını etiraf ediblər.

Sputnik Azərbaycan bildirir ki, bazar günü separatçı rejimin başçısı Araik Arutyunyan mətbuat konfransında bildirib ki, Dağlıq Qarabağda tam miqyaslı müharibə gedir.

“Talış istiqamətində və cənubda mövqelər itirmişik, onlarla ölü və yaralı var”, - o deyib.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov isə açıqlamasında qeyd edib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib. A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.

0
Teqlər:
itki, etiraf, Qarabağ separatçıları, qondarma rejim, erməni təxribatı, cəbhə, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Azərbaycan Ordusu daha bir kəndi erməni işğalından azad edib
Murov dağı silsiləsindəki əhəmiyyətli yüksəklik azad olunub
Ermənistan ordusunun mərmiləri Tərtərdə evləri viran etdi - FOTO
Ermənistan ordusunun öldürdüyü beş nəfərin adları açıqlandı
BMT baş katibi də narahat oldu - Qarabağa görə