İsmayıllıda qasırğa və sel nəticəsində insanlar evsiz qalıb, çadırlar qurulur

Təbii fəlakət daha bir bölgəni vurdu: İnsanlar evsiz qaldı

1536
(Yenilənib 17:26 02.06.2018)
İsmayıllıda qasırğa və sel nəticəsində insanlar evsiz qalıb, çadırlar qurulur

BAKI, 2 iyun — Sputnik. İsmayıllıya yağan güclü yağış kəndlərə ciddi ziyan vurub, evlərin damları uçub, bir neçə ailə gecəni maşında gecələməli olub.

APA-nın xəbərinə görə, iyunun 1-də gecə saatlarından başlayaraq İsmayıllı rayonuna qasırğa güclü küləklə müşahidə edilən leysan yağıb. Rayonun Diyallı kəndinə ciddi ziyan dəyib. Bir neçə evin dam örtüyü uçub. Damları uçan evlərin içindəki əşyalar, elektrik avadanlıqları və əşyalar su içində qalaraq yararsız vəziyyətə düşüb. Həyətdəki tövlələrin dam örtüyü də dağılıb, ot bağlamaları yararsız vəziyyətdədir.

Qaçqınların müvəqqəti yaşadığı binanın da dam örtüyü uçub, yağan yağış evlərə dolub. Evlərdə yaşamaq mümkünsüz olduğu üçün insanlar səhərədək küçədə qalıblar. Yol kənarındakı iri gövdəli ağacların budaqları qırılaraq yola düşüb, nəqliyyatın hərəkətinə maneə yaranıb.

  • İsmayıllıda qasırğa və sel nəticəsində insanlar evsiz qalıb, çadırlar qurulur
    İsmayıllıda qasırğa və sel nəticəsində insanlar evsiz qalıb, çadırlar qurulur
    © Photo : APA
  • İsmayıllıda qasırğa və sel nəticəsində insanlar evsiz qalıb, çadırlar qurulur
    İsmayıllıda qasırğa və sel nəticəsində insanlar evsiz qalıb, çadırlar qurulur
  • İsmayıllıda qasırğa və sel nəticəsində insanlar evsiz qalıb, çadırlar qurulur
    İsmayıllıda qasırğa və sel nəticəsində insanlar evsiz qalıb, çadırlar qurulur
    © Photo : APA
1 / 3
© Photo : APA
İsmayıllıda qasırğa və sel nəticəsində insanlar evsiz qalıb, çadırlar qurulur

Diyallı kənd sakinləri Hüseynov Rasim, Əhmədov Aqil, Əhmədov Şakir bildiriblər ki, dünən gecədən qəflətən qasırğa şəklində yağış və külək başlayıb, evlərin dam örtüyü uçub, gecəni maşında və qohumların evində keçiriblər.

Hazırda Qızıl Aypara Cəmiyyəti və İsmayıllı rayon Fövqəladə Hallar Komissiyası tərəfindən zərərçəkənlər üçün çadırlar quraşdırılır və ailələr yaxın saatlarda müvəqqəti yaşamaq üçün həmin  çadırlara köçürüləcək. Komissiya kənddə evlərə baxış keçirir. Dəymiş ziyanı hesablamaq üçün komissiya yaradılıb.

1536
Mövzu:
Bölgələrdə sel fəlakətinin fəsadları (8)
Əlaqədar
Təbii fəlakət Azərbaycanın əsas yollarından birini iflic etdi: Minlərlə maşın yolda qaldı
Bayılda baş verənlər təbii fəlakət deyilmiş - Rəsmi açıqlama
Paytaxtdakı təbii fəlakət bölgəsindən son xəbər
Elmi mərkəzdə seysmoqraf

Xəzər dənizində zəlzələ oldu

14
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 20:32-də, 3,4 maqnitudada qeydə alınıb.

BAKI, 2 dekabr - Sputnik. Xəzər dənizində zəlzələ qeydə alınıb.

Bu barədə Sputnik Azərbaycan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 20:32-də, 3,4 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 57 kilometr dərinlikdə yerləşib.

14
Teqlər:
Xəzər dənizi, zəlzələ
Məmur, arxiv şəkli

Bərəkallah dedirdən "qabiliyyət": Xaricdə oturub Lənkərandakıları mühafizə edirmiş

25
(Yenilənib 15:31 02.12.2020)
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

BAKI, 2 dekabr — Sputnik. Lənkəran rayon Xarxatan kənd sakini, 1984-cü il təvəllüdlü Bəhruz Nəsirov barəsində Rusiya Federasiyasının İstintaq Komitəsindən Baş Prokurorluq vasitəsilə Lənkəran rayon prokurorluğuna cinayət işi üzrə hüquqi yardım göstərilməsinə dair beynəlxalq tapşırıq daxil olub.

Sputnik Azərbaycan Lənkəran Rayon Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, həmin beynəlxalq tapşırığın icrası ilə əlaqədar sorğular verilmiş və Bəhruz Nəsirovun 09.08.2018-ci il tarixdə Azərbaycan Respublikası ərazi hüdudlarını tərk edərək Rusiya Federasiyasına getməsi və geri qayıtmamasına baxmayaraq 21.04.2020-ci il tarixdən "Lənkəran Beynəlxalq Mühafizə Xidməti" MMC-də işə düzəlməsi müəyyən edilib.

"Lənkəran Beynəlxalq Mühafizə Xidməti" MMC-nin rəisi İlkin Məmmədovun Bəhruz Nəsirovun ölkə xaricində olmasına baxmayaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sisteminə bilə-bilə yalan məlumatları daxil etməklə tamah niyyəti ilə həmin şirkətə mühafizəçi kimi rəsmiləşdirməklə vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

25
Teqlər:
mühafizə, Rusiya, Lənkəran, cinayət işi, vəzifəli şəxs
COVID-19 virusundan ölən şəxs

Bu aralar QİÇS-dən ölənlərin sayı kəskin arta bilər

0
(Yenilənib 00:13 03.12.2020)
BMT xəbərdarlıq edib ki, COVID-19 pandemiyası ilə əlaqədar olaraq QİÇS-dən ölənlərin sayı 150 minə qədər artıra bilər.

BAKI, 3 dekabr — Sputnik. BMT-nin QİÇS-lə bağlı ortaq proqramı olan UNAİDS-in hesabatına görə, COVID-19 pandemiyası 2022-ci ilədək, yəni təkcə növbəti ildə 300 minə yaxın yeni QİÇS yoluxmasına, eyni zamanda da 150 minədək QİÇS-dən ölümə səbəb olacaq.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, yaranacaq vəziyyətin qarşısının alınması, ölümlərin sayının azalması, eləcə də QİÇS-lə mübarizə məsələsində ölkələr yeni hədəflər müəyyənləşdirməlidirlər.

Qeyd edək ki, hazırda dünyada 38 milyon insan QİÇS-lə yaşayır, onlardan 12 milyonu müalicəsini gözləyir. Statistikaya görə, təkcə ötən il 1,7 milyon şəxsdə ilk dəfə olaraq QİÇS aşkarlanıb.

0
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, QİÇS virusu, QİÇS, BMT