Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qadını döyüb pulunu oğurlayan gənc ələ keçdi

© Sputnik / Anar MustafayevНаручники и деньги, фото из архива
Наручники и деньги, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı Quba RPŞ-nin İB-də araşdırmalar aparılır

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 1 iyun — Sputnik. Quba rayonu sakinini döyüb külli miqdarda pulunu oğurlayan şəxslər saxlanılıb.

Hadisə barəsində məlumatı Sputnik Azərbaycan-ın bölgə müxbirinə DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilib. Belə ki, ötən il noyabrın 7-də Quba şəhər sakini C.Pirəliyeva Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək evində tanımadığı şəxs tərəfindən döyüldüyünü bildirib. Araşdırma zamanı döyülmə faktından əlavə zərərçəkənin evindən 9000 manat pulun oğurlanması da müəyyən edilib.

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən bir yeniyetmə saxlanılaraq polis şöbəsinə gətirilib. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun törətdilən cinayətdə iştirakı və hadisədə iştirak edən digər şəxslər də müəyyən olunub. 

Faktla bağlı Quba RPŞ-nin İB-də araşdırmalar aparılır.

Xəbər lenti
0