Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda avtobus sürücüsü piyadanı belə vurdu - VİDEO

© Sputnik / Murad OrujovBakuBus автобус
BakuBus автобус - Sputnik Azərbaycan
Abunə olmaq
"BakuBus" MMC-yə məxsus avtobusun yoluna çıxan piyadanı vurub

BAKI, 29 may — Sputnik. Mayın 22-si saat 23.30 radələrində Bakı şəhəri, Təbriz küçəsində ("Su Sonası" şadlıq sarayının qarşısı) baş vermiş yol-nəqliyyat hadisəsi zamanı qeydə alınmış görüntülərə baxılıb.

"BakuBus"ın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüntülərə baxış zamanı aydın olub ki, səkidə dayanmış piyada qəflətən 5 nömrəli marşrut xətti üzrə hərəkət edən "BakuBus" MMC-yə məxsus avtobusun yoluna çıxıb və həmin nəqliyyat vasitəsinə dəyib. Sürücü dərhal avtobusu saxlayıb və hadisə nəticəsində xəsarət alan piyada xəstəxanaya aparılıb. Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.

Hadisə zamanı qeydə alınmış video görüntüləri təqdim edirik:

Xəbər lenti
0