Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Xəzərdə meyitləri tapılan şəxslərin kimlikləri bilindi

© Sputnik / Rahim MuradovXəzər dənizində balıqçı dirəkləri
Xəzər dənizində balıqçı dirəkləri - Sputnik Azərbaycan
Abunə olmaq
Onların cəsədləri aidiyyatı üzrə təhvil verilib

BAKI, 25 may — Sputnik. Dünən dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru), içərisində iki nəfərin meyiti olan rezin qayıq aşkarlanıb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qayıq Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-3" gəmisi ilə sahilə gətirilmiş və aidiyyatı üzrə təhvil verilib. Meyitlərə ilkin baxış zamanı onların bu il aprelin 18-də itkin düşən Sumqayıt şəhər sakinləri, 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğluna aid olduğu müəyyən olunub.

Xəbər lenti
0