Daxili İşlər Nazirliyi

Keçmiş icra başçısı ilə bağlı qalmaqallı xəbərə aydınlıq gətirildi

367
(Yenilənib 10:12 25.05.2018)
DİN: Şəxs sağ-salamatdır və ona heç bir işgəncə verilməyib"

BAKI, 25 may — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) həbsdə olan Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı Saleh Rüstəmovun ölməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. DİN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Həmin xəbərlər məqsədli şəkildə yayılıb. Sözügedən şəxs sağ-salamatdır. Ona heç bir işgəncə verilməyib" — deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, Rusiya vətəndaşı olan S.Rüstəmov Şəmkirdə saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) cinayət işi başlanıb və 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Saleh Rüstəmov 1992-1993-cü illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

367
Teqlər:
Saleh Rüstəmov, başçı, Gədəbəy Rayon İcra Hakimiyyəti, DİN, Daxili İşlər Nazirliyi
Əlaqədar
Sevgilisi ilə əlbir olub ərini işgəncə ilə öldürdü
Bakıda qız öz atasına olmazın işgəncələr verirmiş - Təfərrüat
Prezident daha bir icra başçısını işdən çıxardı
Prezident icra başçısının vəzifəsindən azad olunması barədə sərəncam imzaladı
Qadın, arxiv şəkli

Kafeyə "dəm-dəstgah"la gedən qadını soydular

23
550 manat pulu və ümumi dəyəri min manata yaxın olan qızıl-zinət əşyalarını oğurlayan şəxsin qadın olduğu müəyyən edilib

 

İbrahim Həşimov, Sputnik Azərbaycan

BAKI, 5 avqust — Sputnik. Zaqatala Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən kafelərin birində qadına məxsus çantadan pul və qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 550 manat pulu və ümumi dəyəri min manata yaxın olan qızıl-zinət əşyalarını oğurlayan şəxsin M.Mahmudova olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanıb. Faktla bağlı araşdırma aparılır.

23
Beyrutda partlayış

Minlərlə insanın yaralanmasına 78 nəfərin ölümünə məsuliyyətsizlik səbəb olub

62
(Yenilənib 08:21 05.08.2020)
Partlayışın səbəblərinə gəldikdə isə, Beyrut limanında qaynaq işləri aparılan zaman orada saxlanılan 2750 ton ammonium nitrat duzu partlayıb.

BAKI, 5 avqust - Sputnik. Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Məlumata görə, partlayış zamanı, həmçinin 4 minədək insan xəsarət alıb.

Partlayışın səbəblərinə gəldikdə isə, Beyrut limanında qaynaq işləri aparılan zaman orada saxlanılan 2750 ton ammonium nitrat duzu partlayıb.

Bunu Livanın Təhlükəsizlik Xidmətinin rəhbəri Abbas İbrahim bildirib. Həmin yükün Afrika ölkələrindən birinə məxsus olduğu bilinir.

ABŞ prezidenti Donald Tramp isə Livanın paytaxtı Beyrutda onlarla insanın ölümünə, eləcə də böyük dağıntılara səbəb olan güclü partlayışın “dəhşətli bir hücum”a bənzədiyini deyib.

62
Leonardo Di Kaprio, arxiv şəkli

"Apple" Di Kaprio: Hollivudda birgə filmlər çəkiləcək

0
(Yenilənib 23:28 05.08.2020)
Di Kaprio və "Apple"-in ilk layihəsi Martin Skorsezenin rejissoru olduğu "Çiçəkli ayın qatilləri" (Killers of the Flower Moon) filmi olacaq.

BAKI, 5 avqust — Sputnik. Amerikalı aktyor Leonardo Di Kaprio və onun "Appian Way" kino şirkəti "Apple" şirkəti ilə film və serialların çəkilişinə dair müqavilə imzalayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "Hollywood Reporter" yayıb.

Di Kaprio və "Apple"-in ilk layihəsi Martin Skorsezenin rejissoru olduğu "Çiçəkli ayın qatilləri" (Killers of the Flower Moon) filmi olacaq. Film Devid Qrannanın eyni adlı romanı əsasında çəkiləcək. Filmə 200 milyon dollar maliyyə ayrılıb. Baş rolları Di Kaprio və Robert De Niro oynayacaq. Korporasiya Elizabet Mossun baş rolu oynadığı və "Appian Way Productions"ın prodüserlik etdiyi "Parlayan qızlar" (The Shining Girls) serialını da birlikdə ərsəyə gətirəcək", - deyə məlumatda bildirilir.

Di Kaprio, "Appian Way" və "Apple"-in əməkdaşlığı bununla yekunlaşmayacaq.

"Appian Way Productions" üçün bu müqavilə serial çəkilişi sahəsində ilk addım olacaq. Şirkət daha əvvəl "Paramount Pictures" və "Warner Bros" kinostudiyaları ilə filmlərin istehsalına dair sazişlər imzalamışdı.

Xatırladaq ki, bundan əvvəl Di Kaprionun şirkəti Oldos Haqslinin "Ada" adlı sonuncu romanının serial ekranlaşdırılmasına prodüserlik etməyi nəzərdə tutub.

0