Qətl hadisəsi

Bakıda qanı su yerinə axıdan amansız qatil ortaya çıxdı

834
(Yenilənib 12:47 22.05.2018)
Qanlı qisas: Kişi həyat yoldaşını və qayınanasını amansızcasına qətlə yetirib

BAKI, 22 may — Sputnik. Paytaxtın Xətai rayonunda mayın 21-də iki qətl hadisəsi törədən kişi saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Xətai rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.

Amansız qətl hadisələri 35-ci polis bölməsinin ərazisində yerləşən Nahimov küçəsindəki evlərdən birində törədilib. Qətl hadisəsinin qurbanları ana – 1954-cü il təvəllüdlü Ətir Şirinova və qızı, 1987-ci il təvəllüdlü Günay İsgəndərova olublar. Günay İsgəndərovanın bədənində 39 bıçaq yarası, anasının bədənində isə 5 bıçaq yarası aşkarlanıb.

Qadınların cəsədini Ətir Şirinovanın evə qayıdan oğlu aşkarlayıb. Qətli Günay İsgəndərovanın həyat yoldaşı İsmayılov Ramin Səfər oğlunun törətdiyi məlum olub.

İlkin araşdırmalar zamanı bəlli olub ki, Günay İsgəndərova həyat yoldaşından ayrılmaq istəyib. O, ata evinə qayıdıb və Xətai Rayon Məhkəməsinə boşanmaq haqqında ərizə təqdim edib. Lakin kişi bunu özünə təhqir kimi qəbul edib. O, bıçaqla silahlanaraq qayınanasının evinə gedib.

Qətli törətdikdən sonra İsmayılov gizlənib. Lakin daha sonra məlum olub ki, qatil Ağdam Rayon Polis İdarəsinə gələrək törətdiyi qətli etiraf edib.

İlkin dindirmə zamanı kişi qətli qısqanclıq zəminində törətdiyini qeyd edib. Məlumatda bildirilir ki, İsmayılovun bir övladı da var. Qətllərlə bağlı cinayət işi başlayıb. İsmayılov hələlik istintaqa cəlb olunmayıb.

834
Teqlər:
İsmayılov Ramin Səfər oğlu, Mahirə İsgəndərova, Günay İsgəndərova, Xətai rayonu, qətl, paytaxt
Əlaqədar
Lənkəranda qeyri-adi qətl: Taksi sürücüsü qonşu rayonun sakinini evinə çatdırmadı
Azərbaycanlı gənc qonşu ölkədə qətlə yetirilib
Lənkəranda qətl: Kişinin ikinci arvadı birinci arvadını öldürdü
Xarkovda müəmmalı qətl - Öldürülən azərbaycanlı Lənkəranskinin klanına necə daxil olub
Осколки стекла, архивное фото

Bakının Heydər Əliyev prospektində baş verən qəza tıxaca səbəb olub

3
Hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

BAKI, 19 yanvar - Sputnik. Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində (“Koroğlu” metrostansiyasının yaxınlığı) yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

3

"Lotu Quli"nin məzarı üstündə atışma olub, 1 nəfər ölüb

9
Silahlı insident nəticəsində bir azərbaycanlı başından güllələnib. O, aldığı güllə yarasından hadisə yerində ölüb.

BAKI, 19 yanvar - Sputnik. İstanbulun Esenyurt rayonunda "Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun məzarı üstündə silahlı insident olub.

APA-nın verdiyi xəbərə görə, silahlı insident nəticəsində bir azərbaycanlı başından güllələnib. Güllələnən şəxsin Əli Həşimov olduğu bildirilir. O, aldığı güllə yarasından hadisə yerində ölüb.

Onu vuran digər azərbaycanlı Kənan adlı şəxs isə xəstəxanaya çatdırılıb.

Məlumata görə, hadisə borc üstündə baş verib.

Hadisədə şübhəli bilinən 3 nəfər saxlanılıb.

9