BAKI, 17 may — Sputnik. Binəqədi rayonu İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov vəzifəsindən azad edilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.
Xaləddin İsgəndərov 2012-ci ilin aprelindən Bakının Binəqədi rayonunda icra başçısı işləyib.
X.İsgəndərov daha əvvəl — 2001-2003-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin böyük referenti vəzifəsində, 2003-2012-ci illərdə Vergilər Nazirliyinin 11 saylı və 14 saylı Ərazi Vergi İdarələrində, Bakı şəhəri Vergilər Departamentində, Vergilər Nazirliyi yanında Xüsusi rejimli Vergi Xidməti Departamentində müxtəlif rəhbər vəzifələrdə çalışıb.
BAKI, 19 yanvar - Sputnik. Ölkə ərazisindəki faktiki hava barədə məlumat açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Şərur, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Oğuz, Qəbələ, Şəki, Mərəzə, Altıağac, İsmayıllı, Xaçmaz, Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Ağstafa, Şamaxı, Xınalıq, Sarıbaş (Qax), Şabran, Şahdağda qar, Bakıda sulu qar yağıb.
Sumqayıt, Maştağa, Binə, Pirallahı, Tərtər, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Qazıməmməd, Biləsuvar, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsuda yağış müşahidə olunub.
BAKI, 19 yanvar - Sputnik. Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində (“Koroğlu” metrostansiyasının yaxınlığı) yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
BAKI, 20 yanvar - Sputnik. Prezident İlham Əliyevin "Facebook" səhifəsində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar paylaşım edilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, paylaşımda deyilir: "Milli iradəmizin zəfər çaldığı gün - 20 Yanvar".