Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Səs-küylü abituriyent intiharlarına rəsmi münasibət gəldi

© Sputnik / Murad OrujovTələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə - Sputnik Azərbaycan
Abunə olmaq
DİM rəhbəri: "İntihar hadisəsi baş verəndə qəbul imtahanlarının nəticələri hələ açıqlanmamışdı"

BAKI, 17 may — Sputnik. Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Sumqayıtda iki abituriyentin qəbul imtahanından sonra intihar etməsi məsələsinə münasibət bildirib.

Въезд в город Сумгайыт - Sputnik Azərbaycan
HADİSƏ
Sumqayıtda abituriyent anasının gözü qarşısında intihar etdi

"Report"un xəbərinə görə, M.Abbaszadə deyib ki, intihar hadisəsi baş verəndə qəbul imtahanlarının nəticələri hələ açıqlanmamışdı. 

Həmişə öz çıxışlarında valideynlərə müraciət etdiyini xatırladan DİM sədri əlavə edib ki, bu prosesdə valideynlərdən çox şey asılıdır: "Ailə istəyir ki, övladı ali təhsil alsın və bunu da onun xoşbəxtliyi üçün istəyir. Uşaq var oxumaq istəmir, ancaq valideyn onu kitab oxumağa məcbur edir. Ola bilər ki, övladının hansısa sahədə əl qabiliyyəti var və bu işlə məşğul olmaq istəyir. Ona görə də yeniyetmələrin fikrini öyrənmək, onlarla ünsiyyətdə olmaq lazımdır".

"Valideynlərin özlərinin həyatda əldə edə bilmədiklərini yeniyetmədən tələb etmək düz deyil. Ümumilikdə isə intihar səbəblərini Dövlət İmtahan Mərkəzi ilə əlaqələndirmək düzgün deyil. Bizim müxtəlif çarxlarımız var. Bu materiallarla valideynlər də tanış olmalıdır", — Məleykə Abbaszadə əlavə edib.

Xəbər lenti
0