Самолет AZAL

AZAL gecikməyə aydınlıq gətirdi

52
(Yenilənib 17:03 16.05.2018)
"Bu səbəbdən Naxçıvan-Bakı reyslərində gecikmə yaranıb"

BAKI, 16 may — Sputnik. Dünən axşam saatlarında AZAL-ın Bakı-Naxçıvan, Naxçıvan-Bakı reyslərində gecikmə baş verib. Belə ki, Naxçıvan-Bakı marşrutu ilə uçmalı olan 256 və 262 saylı reysləri 3 saat gecikmə ilə hərəkət edib. Sputnik Azərbaycan-ın müxbirinin məlumatına görə, ilk reys saat 20.45-də, ikinci isə 21.40-da həyata keçirilməli imiş.

Hava limanında gecikməni pis hava şəraiti ilə əlaqəli olduğunu bildiriblər. Hər 10 dəqiqədən bir sərnişinlərdən minik zalında gözləmək xahiş olunub. Ümimilikdə 100-dən artıq sərnişin gecikən reysləri gözləməli olub.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski təyyarələrin hərəkətində yaranmış gecikməni hava şərtləri ilə əlaqələndirib. O bildirib ki, Naxçıvan ərazisində ildırım olduğu üçün uçuşlar gecikib: "Həmin müddətdə ildırım olduğu üçün Bakıdan Naxçıvan istiqamətində uçan təyyarələr gec hərəkətə başlayıb. Bu səbəbdən Naxçıvan-Bakı reyslərində də gecikmə yaranıb. Hava şəraiti düzəldikdən sonra uçuşlar bərpa edilib".

52
Əlaqədar
Azərbaycanın bu bölgəsində təyyarələr havaya qalxa bilmir: Sərnişinlər təlaş içində - FOTO
Ermənistanın Müdafiə Nazirliyi təlaş içindədir
Paytaxtın üzərində qəribə buludlar: Sakinlər təlaşda - FOTO
Rayonların əhalisi təlaş içində: Gecəyədək yağsa, hər şey məhv olacaq
Lüləsi və qundağı kəsilmiş ov tüfəngi

Abşeronda faciə: İtləri güllələyərkən yeniyetməni öldürdü

7
(Yenilənib 11:11 16.04.2021)
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

BAKI, 16 aprel — Sputnik. Aprelin 7-də Abşeron rayonu, Məmmədli kənd sakini, 2008-ci il təvəllüdlü Nəbiyev Nihad Nicat oğlu odlu silahdan açılan atəş nəticəsində baş nahiyəsindən xəsarət alıb. O, aprelin 15-də xəstəxanada keçinib.

Bu barədə Abşeron rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla zərərçəkənin həmkəndlisi, 1958-ci il təvəllüdlü Rzayev Sücəddin Abusət oğlunun özünə məxsus ov tüfəngi ilə kənd ərazisində sahibsiz itləri vurarkən silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən Nahid Nəbiyevin baş nahiyəsindən xəsarət almasına və aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr yaranıb.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Sücəddin Rzayev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

7
Teqlər:
Abşeron, güllələmə, sahibsiz itlər, yeniyetmə, qətl

qədər şikayət etsək də, heç bir mənası yoxdur - Avtobusdan sorğu

29
(Yenilənib 13:53 15.04.2021)
Paytaxt sakinləri “Baku Bus”dan narazı olduqlarını dilə gətiriblər. Bu barədə daha ətraflı - Sputnik Azərbaycan-ın videosunda.

Paytaxt sakinləri Sputnik Azərbaycan-a verdikləri açıqlamalarında bildiriblər ki, pandemiya dövründə avtobuslarda sıxlıq müşahidə olunur.

İnsanların saatlarla avtobus gözləməsi, getdikləri məkana gecikmələrinə səbəb olur. Sakinlər bildiriblər ki, avtobuslar normal sürətlə gedə biləcəkləri yolu iki və üç saata qət edirlər. Dəfələlə ictimai nəqliyyatlardan aidiyyatı qurumlara şikayət olunsa da, şikayətə baxan olmayıb.

Sakinlər avtobuslar arasında intervalların qısa olmasını tələb edirlər

29
Məktəbdə qız, arxiv şəkli

Valideynlərin nəzərinə: övladlarınızı COVID-19-dan belə qoruyun

0
(Yenilənib 11:25 16.04.2021)
"İmmunitetin gücləndirilməsində yuxunun böyük əhəmiyyəti var. Uşaqlar hər gün eyni vaxtda yatmalı, səhərlər yuxudan doymuş halda oyanmalıdırlar".

BAKI, 16 aprel — Sputnik. Mərkəzi Gömrük Hospitalının pediatr-neonatoloqu Aygün Sadıxova “Həkim məsləhəti” rubrikasında “Uşaqları COVID-19 xəstəliyindən necə qoruya bilərik?” sualını cavablandırıb. Spiutnik Azərbaycan-ın xəbərinə görə, həkim uşaqların yeni növ koronavirusun yayılmasında daha fəal rol oynadığını deyib: "COVID-19 pandemiyası yeni başlayan dövdə uşaqların virusa yoluxmaları nadir hal sayılırdı. Hazırda isə bütün dünyada minlərlə uşağın bu təhlükəli xəstəliyə yoluxması halları qeydə alınıb. Uşaqlar əvvəllər olduğu kimi yenə parklarda, meydançalarda bir-biri ilə oynayırlar. Onların bir-birindən yoluxub gizli daşıyıcı ola biləcəyini nəzərə alsaq, deyə bilərik ki, uşaqlar yeni növ koronavirus infeksiyasına yoluxmada fəal rol oynayırlar. Ona görə də bu gün uşaqlarımızın COVID-19 xəstəliyindən qorunması məsələsi çox aktualdır".

"Uşaq həkimi kimi məsləhət görərdim ki, bütün valideynlər uşaqlara gigiyenik qaydalara riayət etməyi, sosial məsafə saxlamağı öyrətsinlər. Əlbəttə ki, uşaqların öz nənə və babalarının, başqa qohumlarının yanına qonaq getməsi yaxşı haldır, amma pandemiya dövründə bu, yaşlı insanları yoluxma təhlükəsi ilə qarşı-qarşıya qoymaq deməkdir. Bu kontaktları minimuma endirmək məsləhətdir. Həmçinin, uşaqların bir-biri ilə tez-tez ünsiyyətdə olmasını da azaltmaq lazımdır. Böyük bayram tədbirlərindən, ad günlərindən isə hələlik uzaq olmaları yaxşıdır", - deyə o əlavə edib.

O bildirib ki, uşaqların virusa yoluxmaması üçün onların immunitetinin də möhkəmləndirilməsinə diqqət yetirmək lazımdır: "Burada ilk növbədə, onların sağlam qidalanması və düzgün tərtib edilmiş gündəlik rejim mühüm rol oynayır. Gündəlik qida rasionunda zülalların kifayət qədər yer tutması zəruridir. Uşaqlar hər gün ət, kəsmik, süd məhsulları, vitamin və minerallarla zəngin meyvə-tərəvəz qəbul etməlidirlər".

"İmmunitetin gücləndirilməsində yuxunun böyük əhəmiyyəti var. Uşaqlar hər gün eyni vaxtda yatmalı, səhərlər yuxudan doymuş halda oyanmalıdırlar. Gecə yuxusu 8 saatdan az olmamalıdır.  Məsləhətdir ki, uşaqlar saat 22:00-a qədər yatmağa getsinlər. Belə ki, bu vaxt yuxuya getmiş uşaqların orqanizmində immuniteti bərpa edən və tənzimləyən hormonlar, o cümlədən melatonin hazırlanır. Ümumiyyətlə, hər gün erkən yatan uşaqlar respirator virus infeksiyalarına az yoluxurlar. Uşaqlarda COVID-19 xəstəliyinin hər hansı əlamətlərini müşahidə etdikdə, özbaşına müalicə etməmək, mütləq pediatra müraciət etmək lazımdır", - deyə həkim əlavə edib.

0
Teqlər:
həkim, uşaqlar, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər