Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Rayonu sel vurdu, çay daşdı, bir kəndlə əlaqə kəsildi

Abunə olmaq
Hazırda həmin kəndə gedən yollar bağlanıb

BAKI, 16 may — Sputnik. Mayın 10-da Zaqatala rayonunda Tala çayı daşıb, sel bir kəndi ağuşuna alıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, sel suları Höytala və Üçüncütala kəndlərinin arasında olan Vöytala kəndini basıb və kəndin digər kəndlərlə əlaqəsi kəsilib.

Hazırda həmin kəndə gedən yollar bağlanıb. Sel zamanı Tala çayının bəndləri bir neçə yerdən qırıldığı üçün su axınının qarşısını almaq mümkün olmayıb. Qeyd edək ki, Tala çayı Vöytala kəndinin içindən keçir.

Sakinlərin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, dövlət qurumları kəndin vəziyyəti ilə maraqlanmır. Artıq neçə gündür ki, kənddə yaşayan sakinlərin ərzağı da bitib.

"Kəndin cavanları çayın içindən keçərək digər kəndlərə ərzaq arxasınca gedirlər"- deyə sakinlər bildiriblər.

Məsələ ilə bağlı Zaqatala Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, hadisə baş verən gecədən sonra 3 gün müddətində sel basmış ərazilərdə yoxlamalar aparılıb, əhaliyə dəymiş ziyanın məbləği müəyyənləşdirilib və nəticələr Fövqəladə Hallar Nazirliyinə təqdim olunub.

© Sputnik / Irade JELILZaqatala rayonunda Tala çayı daşıb
Zaqatala rayonunda Tala çayı daşıb - Sputnik Azərbaycan
1/9
Zaqatala rayonunda Tala çayı daşıb

2/9

3/9

4/9

5/9

6/9

7/9

8/9

9/9
Zaqatala rayonunda Tala çayı daşıb
Xəbər lenti
0