Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində çökmə hadisəsi

Bayılda baş verənlər təbii fəlakət deyilmiş - Rəsmi açıqlama

767
(Yenilənib 16:15 16.05.2018)
ETSN rəsmisi: "Bu ərazi sürüşmə, uçqun, yuyulma və çökmə kimi ekzogen proseslərin təsirinə məruz qalan bir sahə hesab olunur"

BAKI, 16 may — Sputnik. "Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində çökmə hadisəsi təbii amillər səbəbindən deyil, məhz texnogen amillər nəticəsində baş verib". Bu sözləri Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərov deyib. 

Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində çökmə hadisəsi
© Sputnik / Irade JELIL
Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində çökmə hadisəsi

O bildirib ki, ərazi yüksək mailli yamacda yerləşir, yamacın təbii meylliyi 35-40 dərəcədir: "Həmin yamac pilləli şəkildə kəsilib, tökmə torpaq üzərində pərakəndə şəkildə evlər tikilib. Nəticədə də yamac yüklənib, dayanıqlığı zəifləyib, kommunikasiya xətlərindən sular sızıb, torpaq qatının yuyulması prosesi gedib və bu səbəbdən aşınma və çökmə hadisəsi baş verib".

Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində çökmə hadisəsi
© Sputnik / Irade JELIL
Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində çökmə hadisəsi

"Ümumiyyətlə, bu ərazi sürüşmə, uçqun, yuyulma və çökmə kimi ekzogen proseslərin təsirinə məruz qalan bir sahə hesab olunur" — rəis vurğulayıb.

Ş.Səfərovun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri müvafiq qurumlarla birgə ərazidə tədqiqat işləri aparır və təhlükəli sahənin sərhədləri müəyyənləşdirilir.

767
Teqlər:
Şahmirzə Səfərov, Bayıl yaşayış sahəsi, Buxta küçəsi, Səbail rayonu, sürüşmə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Əlaqədar
Bayıl qəsəbəsində yenidən sürüşmə oldu: Hadisə yerinə təcili yardım gəldi
Şamaxıda fövqəladə vəziyyət: Sürüşmə nəticəsində 3 yol dağıldı
Şamaxıda sürüşmə kabusu: Evlərdə çatlar yaranıb
Bayıl sürüşmə zonasından yeni xəbər
Başıbəlalı ərazi yenə sürüşdü, yol bağlandı
Elmi mərkəzdə seysmoqraf

Xəzər dənizində zəlzələ oldu

14
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 20:32-də, 3,4 maqnitudada qeydə alınıb.

BAKI, 2 dekabr - Sputnik. Xəzər dənizində zəlzələ qeydə alınıb.

Bu barədə Sputnik Azərbaycan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 20:32-də, 3,4 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 57 kilometr dərinlikdə yerləşib.

14
Teqlər:
Xəzər dənizi, zəlzələ
Məmur, arxiv şəkli

Bərəkallah dedirdən "qabiliyyət": Xaricdə oturub Lənkərandakıları mühafizə edirmiş

25
(Yenilənib 15:31 02.12.2020)
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

BAKI, 2 dekabr — Sputnik. Lənkəran rayon Xarxatan kənd sakini, 1984-cü il təvəllüdlü Bəhruz Nəsirov barəsində Rusiya Federasiyasının İstintaq Komitəsindən Baş Prokurorluq vasitəsilə Lənkəran rayon prokurorluğuna cinayət işi üzrə hüquqi yardım göstərilməsinə dair beynəlxalq tapşırıq daxil olub.

Sputnik Azərbaycan Lənkəran Rayon Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, həmin beynəlxalq tapşırığın icrası ilə əlaqədar sorğular verilmiş və Bəhruz Nəsirovun 09.08.2018-ci il tarixdə Azərbaycan Respublikası ərazi hüdudlarını tərk edərək Rusiya Federasiyasına getməsi və geri qayıtmamasına baxmayaraq 21.04.2020-ci il tarixdən "Lənkəran Beynəlxalq Mühafizə Xidməti" MMC-də işə düzəlməsi müəyyən edilib.

"Lənkəran Beynəlxalq Mühafizə Xidməti" MMC-nin rəisi İlkin Məmmədovun Bəhruz Nəsirovun ölkə xaricində olmasına baxmayaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sisteminə bilə-bilə yalan məlumatları daxil etməklə tamah niyyəti ilə həmin şirkətə mühafizəçi kimi rəsmiləşdirməklə vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

25
Teqlər:
mühafizə, Rusiya, Lənkəran, cinayət işi, vəzifəli şəxs
COVID-19 virusundan ölən şəxs

Bu aralar QİÇS-dən ölənlərin sayı kəskin arta bilər

0
(Yenilənib 00:13 03.12.2020)
BMT xəbərdarlıq edib ki, COVID-19 pandemiyası ilə əlaqədar olaraq QİÇS-dən ölənlərin sayı 150 minə qədər artıra bilər.

BAKI, 3 dekabr — Sputnik. BMT-nin QİÇS-lə bağlı ortaq proqramı olan UNAİDS-in hesabatına görə, COVID-19 pandemiyası 2022-ci ilədək, yəni təkcə növbəti ildə 300 minə yaxın yeni QİÇS yoluxmasına, eyni zamanda da 150 minədək QİÇS-dən ölümə səbəb olacaq.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, yaranacaq vəziyyətin qarşısının alınması, ölümlərin sayının azalması, eləcə də QİÇS-lə mübarizə məsələsində ölkələr yeni hədəflər müəyyənləşdirməlidirlər.

Qeyd edək ki, hazırda dünyada 38 milyon insan QİÇS-lə yaşayır, onlardan 12 milyonu müalicəsini gözləyir. Statistikaya görə, təkcə ötən il 1,7 milyon şəxsdə ilk dəfə olaraq QİÇS aşkarlanıb.

0
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, QİÇS virusu, QİÇS, BMT