Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda televizor üç yaşlı uşağı öldürdü

CC0 / mojzagrebinfo / Watching TVTelevizora baxan uşaq, arxiv şəkli
Televizora baxan uşaq, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Evdəki televizor onun yanında oynayan 3 yaşlı uşağın başına düşüb.

BAKI, 14 may — Sputnik. Bakının Xəzər rayonunda başverən bədbəxt hadisə nəticəsində üç yaşlı uşaq ölüb.

Xəzər rayon Polis İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mayın 12-də Türkan qəsəbəsində, Kamran Kazımzadənin evində faciə baş verib. Evdəki televizor onun yanında oynayan 3 yaşlı uşağın başına düşüb. Nəticədə uşaq kəllə-beyin travması alıb və Bakıdakı Neyrocərrahiyyə Mərkəzinə çatdırılıb.

Lakin həkimlərin səyinə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb. O, mayın 13-də keçinib.

Hazırda rayon prokurorluğunda faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0