Vulkan püskürməsi, arxiv şəkli

Həyətə çıxdı və... vulkanla qarşılaşdı - VİDEO

246
(Yenilənib 20:58 09.05.2018)
Keyt Bruk səhər küçəyə çıxanda arxa həyətində alov fəvvarəsi görüb və onu dərhal lentə alıb

BAKI, 9 may — Sputnik. Havay adalarının sakini öz həyətində alov fəvvarəsini çəkib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Havay adalarında Kilauea vulkanının püskürməsi nəticəsində onlarla evə zərər dəyib. Hakimiyyətin evakuasiya tədbirlərinə baxmayaraq, Leylani Esteyts rayonunun bəzi sakinləri təxliyə olunmaqdan imtina edib.  

Onlardan biri olan Keyt Bruk səhər küçəyə çıxanda arxa həyətində alov fəvvarəsi görüb və onu dərhal lentə alıb.

 

Qeyd edək ki, keçən çərşənbə axşamı Havay adalarının Mülki Müdafiə İdarəsi vulkanın ətəyində lava püskürən 12 yeni çat müşahidə edib. Bundan sonra hökumət vətəndaşların təxliyə edilməsinə qərar verib.

246