Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Uşaqların qorxunc oyunu faciə ilə bitdi

© AP Photo / Emrah GurelTürkiyədə təcili yardım
Türkiyədə təcili yardım - Sputnik Azərbaycan
Abunə olmaq
Baş verən yanğın zamanı 3 uşağın qolları, əlləri və üzü yanıb

BAKI, 9 may — Sputnik. Türkiyədə uşaqların qorxunc oyunu faciə ilə bitib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Konyada çaxmaqla oynayıb, "piston" partladan uşaqlar yanaraq xəstəxanaya yerləşdirilib.

Hadisə axşam saatlarında baş verib.

Məlumata görə, yük maşınının içində olan 3 dost çaxmaqlarına qaz doldurduqdan sonra yanlarında olan "piston"u partlatmaq üçün yandırıblar. Bu zaman güclü partlayış baş verib.

Partlayış zamanı avtomobilin ön şüşəsi və sürücü tərəfdən döşəməsi dağılıb.

Baş verən yanğın zamanı 3 uşağın qolları, əlləri və üzü yanıb. Uşaqlar xəstəxanaya çatdırılıb. Hadisə yerində araşdırma aparan polis oradan çaxmaq və "piston" qalıqları aşkar edib.

Xəbər lenti
0