Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Adı təcavüzdə hallanan məktəb direktoru həbs edildi

© Sputnik / Murad OrujovАрест, фото из архива
Арест, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Direktor heç bir şagirdinə təcavüz etmədiyini və hərəkətlərinin səhv başa düşüldüyünü bildirib

BAKI, 9 may — Sputnik. Cinsi təcavüz hadisəsinə görə ittiham edilən keçmiş məktəb direktoru həbs edilib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kırşehirdə 7 qız şagirdə cinsi təcavüz etməkdə ittiham edilən A.T.-nin məhkəməsində yaxınları və vəkilləri iştirak edib.

İttiham aktında bildirilib ki, A.T. 2015-ci bir kənddə ibtiadi məktəbdə işlədiyi zaman 18 yaşdan kiçik 7 qıza təcavüz edib. Bundan sonra ərazi Milli Təhsil İdarəsinə valideynlərin şikayəti əsasında cinayət işi açılıb.

Direktor heç bir şagirdinə təcavüz etmədiyini və hərəkətlərinin səhv başa düşüldüyünü bildirib. Hadisə ilə bağlı şahidləri dinləyən məhkəmə heyəti mövcud sübutları nəzərə alaraq onun həbs edilməsinə qərar verib.

Xəbər lenti
0