Fövqəladə Hallar Nazirliyi

FHN-ə təhlükə siqnalı daxil olub

168
(Yenilənib 12:49 09.05.2018)
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıblar

BAKI, 9 may — Sputnik. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və halsız vəziyyətdə aşkar edilmiş vətəndaşı aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

168
Teqlər:
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Bakı şəhəri, Nizami rayonu, əməliyyat
Əlaqədar
Əliyanlıların fəryadı Bakıya qədər çatdı: "Bizi xilas edin!"
FHN Xəzərdə axtarış-xilasetmə əməliyyatına başladı
Bakıda yenə güclü yanğın olub, 55 nəfər xilas edilib, 7 nəfər xəstəxanaya yerləşdirilib
Tərtər rayonunda erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

Mülki əhalimizə atəş açılır: Tərtərdə iki qardaş həlak oldu, 2 nəfər isə yaralandı

105
(Yenilənib 21:10 28.09.2020)
Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Abbasov Xaliq Asif oğlu və onun qardaşı 1987-ci il təvəllüdlü Abbasov Elşən Asif oğlu həlak olublar.

BAKI, 28 sentyabr - Sputnik. Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, riyakar və qeyri-konstruktiv siyasət aparan Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmənin silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini - xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir. 

Dərin kədər hissi ilə qeyd edirik ki, 28.09.2020-ci il tarixdə saat 19 radələrində Tərtər rayonu Şıx arx qəsəbəsində yerləşən əlillər və məcburi köçkünlər üçün inşa edilmiş çoxmənzilli yaşayış binasının həyətinə top mərmisinin atılması nəticəsində Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Abbasov Xaliq Asif oğlu və onun qardaşı 1987-ci il təvəllüdlü Abbasov Elşən Asif oğlu həlak olmuşlar, 1984-ci il təvəllüdlü Məmmədov Seymur Füzuli oğlu, 1989-cu il təvəllüdlü Mahmudov Faiq Malik oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmişlər. 

Faktla bağlı Tərtər rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 29, 120.2.7 (qəsdən iki və ya daha çox şəxsi öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində döyüş şəraiti nəzərə alınmaqla mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri sənədləşdirilmə aparılır və müvafiq qaydada sübütlar toplanılır.

105
Seysmoqraf, arxiv şəkli

Qardaş ölkədə güclü zəlzələ gözlənilir - Mütəxəssis açıqladı

216
Geologiya mütəxəssisi Aysun Aykan zəlzələnin gücünün 7.6 bala qədər arta biləcəyini, ehtimal edilən zəlzələnin isə 28 milyon insana təsir edəcəyini açıqlayıb.

BAKI, 26 sentyabr — Sputnik. Türkiyəli geologiya mütəxəssisi xanım Aysun Aykan Mərmərə Dənizində zəlzələ olacağı ilə bağlı proqnoz verib.

Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, Aykan zəlzələnin gücünün 7.6 bala qədər arta biləcəyini, ehtimal edilən zəlzələnin isə 28 milyon insana təsir edəcəyini açıqlayıb.

Aysun Aykan ötən gün Mərmərə Dənizində baş verən 4.2 bal gücündə olan zəlzələnin çox riskli bir nöqtədə meydana gəldiyini söyləyib.

"Mərmərə Dənizindəki son zəlzələlər bir daha göstərdi ki, Mərmərə dənizi zəlzələlər baxımından aktivdir, canlıdır və zəlzələ yaratma potensialına malikdir. Mərmərə Dənizindəki orta mərmərə çuxurunda 4.2 bal gücündə zəlzələ baş verdi. Zəlzələnin baş verdiyi yer çox vacib bir yerdir. Gözlədiyimiz böyük bir zəlzələ nöqtəsində meydana gəldiyi üçün də narahat edicidir"-deyə mütəxəssis diqqətə çatdırıb.

O vurğulayıb ki, bu zəlzələ Türkiyənin birinci prioriteti olmalıdır, xüsusilə də Mərmərə bölgəsi: "Çünki bu zəlzələ yalnız İstanbula təsir etməyəcək. Mərmərə Dənizinin sahillərində yerləşən bütün vilayətlərə (Balıkesir, Bursa, Yalova, Çanaqqala, Kocaeli, Tekirdağ) çox təsir edəcək. Ehtimal edilən bu zəlzələ 28 milyon insana təsir edəcək. Əslində bu zəlzələ bütün Türkiyəyə təsir edəcək. Türkiyə bu zəlzələyə çox diqqət etməlidir".

216

Ermənistan qoşunları dinc azərbaycanlıları atəşə tutur FOTOFAKTLAR

0
(Yenilənib 22:57 28.09.2020)
Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini top atəşinə tutmağa davam edir. Atəş nəticəsində dinc sakinlər əziyyət çəkir, infrastruktur məhv edilir.

Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini top atəşinə tutmağa davam edir. Atəş nəticəsində dinc sakinlər əziyyət çəkir, infrastruktur məhv edilir. Bunun təsdiqini Sputnik Azərbaycan-ın fotolentində görə bilirsiniz.

Ermənistan silahlı qüvvələri sentyabrın 27-də təxribata əl atdıqdan sonra Azərbaycanın dinc yaşayış məntəqələrini atəşə tutmağa davam edir. Sputnik Azərbaycan-ın müxbiri Ağdam rayonunun Çıraqlı kəndində bunun şahidi olub və hətta özü də atəşə məruz qalıb.

Mərmilər yerli sakinlərin evlərini dağıdıb, yaralılar var, ev heyvanları tələf olub. Ermənistan silahlı qüvvələrinin mərmiləri kənd yolunun bir hissəsini də dağıdıb.

Tərtər rayonunun Qapanlı kəndinin, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd kəndlərinin, Füzuli rayonunun Alxanlı və Şükürbəyli kəndlərinin, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin intensiv atəşə tutulması nəticəsində dinc sakinlər arasında ölən və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

0
  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində tələf olan heyvanlar

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan yol

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan yol

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəşin nəticəsi