Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycan ictimaiyyətinə ağır itki

© Photo : TRENDРауф Талышинский
Рауф Талышинский - Sputnik Azərbaycan
Abunə olmaq
Jurnalistikada daha bir dövr qapandı - Rauf Talışinski vəfat edib

BAKI, 8 may — Sputnik. Azərbaycanın tanınmış imza sahiblərindən biri, ölkədə nəşr olunan rusdilli "Exo" qəzetinin baş redaktoru, "Əməkdar jurnalist" Rauf Talışinski mayın 8-nə keçən gecə 62 yaşında vəfat edib.

Газеты - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda tanınmış jurnalist, baş redaktor faciəli şəkildə dünyasını dəyişdi

Sputnik Azərbaycan-ın məlumatına görə, Talışinskinin ürək çatışmazlığından öldüyü ehtimal edilir. Doğmaları onun əvvəllər ürəyindən şikayətləndiyini eşitmədiklərini bildiriblər. 

R.Talışinski Azərbaycan jurnalistikasının ən peşəkar və istedadlı simalarından biri idi. O, 16 noyabr 1956-cı ildə Bakıda anadan olub. 1978-ci ildə Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Həmin fakültədə aspirantura təhsili alıb. O, filologiya elmləri üzrə fəlsəfə doktorudur.

R.Talışinski "Molodej Azerbaydjana" (1978-1981), "Vışka" qəzetlərində çalışıb. 1981-1989-cu illərdə "İzvestiya" qəzetinin Azərbaycan üzrə müxbiri, 1990-cı ildən "Zerkalo" qəzetinin baş redaktoru olub.

2001-ci ildən bu günə kimi isə "Exo" qəzetinin baş redaktoru postunda çalışıb.

Xəbər lenti
0