Havay adalarında Kilaueva vulkanının püskürməsi

Vulkan püskürdü onlarla ev yox oldu

262
(Yenilənib 21:29 07.05.2018)
"Püskürmədən sonra lavaların 36 min kvadratmetr əraziyə yayıldığı bildirilir"

BAKI, 7 may — Sputnik. Havay adalarında Kilaueva vulkanının püskürməsi zamanı 31 ev yox olub.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, vulkan lavası yerdən 61 metr hündürlüyə püskürüb. Ərazidən 700 min insan təxliyə edilib. Minlərlə insan isə evinin məhv olacağı narahatlığını yaşayır. 37 yaşlı Havay sakini Amer Kane Leilani Estates bölgəsindəki 3 otaqlı evinin lava altında qaldığını bildirib.

Vulkan püskürməsi elektrik xətlərini sıradan çıxardığı üçün bölgədə elektrik enerjisinin verilməsi də dayandırlıb.

Xatırladaq ki, dünyanın ən aktiv vulkanlarından olan Kilauela 1983-cü ildən püskürür. Püskürmədən sonra lavaların 36 min kvadratmetr əraziyə yayıldığı bildirilir.

262
Əlaqədar
Azərbaycanda vulkan da püskürdü
Bakıda vulkan püskürdü
Nostradamusun 2018 proqnozları: Böyük müharibə, dəhşətli zəlzələ, yandırıcı vulkan...
Bakının 12 kilometrliyində vulkan püskürdü