Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Avtomobil oğruları qaça bilmədilər

© Sputnik / Shahperi AbbasovaOğurlanmış avtomobil
Oğurlanmış avtomobil - Sputnik Azərbaycan
Abunə olmaq
Əlibəyli kəndindən kənd sakini Alik Xəlilova məxsus "VAZ-2107" markalı avtomobili qaçırmaqda şübhəli bilinən, rayonun Qaxbaş kənd sakinləri saxlanılıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 5 may— Sputnik. Avtomobil oğurluğu ilə məşqul olan dəstə Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində zərərsizləşdirilib.

Belə ki, Əlibəyli kəndindən kənd sakini Alik Xəlilova məxsus "VAZ-2107" markalı avtomobili qaçırmaqda şübhəli bilinən, rayonun Qaxbaş kənd sakinləri, İmeda Qamxaraşvili, Ramazi Baçaliaşvili, Vitaliy Lomaşvili və əvvəllər məhkum olunmuş Səbuhi Məmmədov saxlanılıb.

© Sputnik / Shahperi AbbasovaOğrulardan biri polis şöbəsində
Oğrulardan biri polis şöbəsində - Sputnik Azərbaycan
Oğrulardan biri polis şöbəsində

Qeyd olunan faktla bağlı Qax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti
0