Hindistanda təcili yardım maşını

Hindistanda güclü qum fırtınası: 100-dən çox ölü

43
(Yenilənib 16:26 03.05.2018)
Fırtına səbəbindən paytaxt Dehlidə hava limanı bağlanıb, aviareyslər təxirə salınıb

BAKI, 3 may — Sputnik. Hindistanda güclü qum fırtınası nəticəsində 100-dən çox insan ölüb, 130-dan artıq adam yaralanıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, ötən gün ölkənin şimalında yerləşən bir neçə ştatda qum fırtınası müşahidə olunub.

Telekanalın məlumatına görə, qum fırtınası nəticəsində bir neçə ev dağılıb. Güclü külək yaşayış məntəqələrinə elektrik enerjisinin verilişində fasilələrin yaranmasına səbəb olub.

Qum fırtınası ən çox Racəstan vilayətinin şərq rayonlarına – Alvar, Colpur və Bxaratpura zərər vurub. Ştatın naziri Vasundhara Raca öz "Twitter" səhifəsində ölən şəxslərin yaxınlarına başsağlığı verib və ehtiyacı olanlara köməklik göstəriləcəyini vurğulayıb.

Fırtına səbəbindən paytaxt Dehlidə hava limanı bağlanıb, aviareyslər təxirə salınıb.

43
Teqlər:
Vasundhara Raca, Racəstan, Bxaratpur, Alvar, Dehli, Hindistan
Əlaqədar
Azərbaycanda təbii fəlakət ciddi fəsadlara səbəb olub - Təhlükə var
Fandomatlar: Həm bizi fəlakətdən xilas edəcək, həm də pul qazandıracaq
Quduz itlər rayon sakinlərinə divan tutur - Yenə fəlakət
Böyük fəlakət yaxınlaşır - SOS
Politoloq: İslamafobiya dünyanı fəlakətə sürükləyir