Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda baş verən tükürpədici hadisənin təfərrüatı ortaya çıxdı

© Sputnik / Murad OrujovƏrazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri
Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri - Sputnik Azərbaycan
Abunə olmaq
"Atlas" klinikasının qarşısında törədilən qətlin detalları məlum olub

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 1 may — Sputnik. Bu gün səhər saatlarında Bakıda insanların gözü önündə baş verən dəhşətli cinayətin təfərrüatı ortaya çıxıb. Belə ki, 30 yaşlı Gəncə sakini İbrahimova Zəhra Səfər qızını öldürən şəxs, sən demə, onun keçmiş əri imiş. Bunu Sputnik Azərbaycan-a Nərimanov Rayon Polis İdarəsindən bildiriblər.

Şərq bazarı - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda məşhur bazarın və klinikanın qarşısında dəhşət yaşandı

Daha əvvəl Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, mayın 1-də Bakının Nərimanov rayonu ərazisində, "Şərq bazarı"nın yanındakı "Atlas" klinikasının qarşısında qətl törədilib. Cinayət səhər satt 10:00 radələrində bş verib.

Naməlum kişi bıçaqla gənc oğlan və qıza hücum edib. Cinayətkar hər iki şəxsə çoxsaylı bıçaq zərbələri endirib. Nəticədə gənc qız sinə nahiyəsindən aldığı bıçaq zərbəsindən yerindəcə ölüb. Oğlan isə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Oğlanın 1982-ci il təvəllüdlü Əliyev Emil Elman oğlu olduğu məlum olub.

Bu arada, cinayətin törədilməsində İbrahimovanın keçmiş əri Rəşad İbrahimzadənin əlinin olduğu üzə çıxıb. Kişi hələlik saxlanılmayıb. Lakin hazırda Nərimanov RPİ-nin 18-ci polis bölməsinin əməliyyatçıları onun axtarışı ilə məşğuldur.

Sadəcə, o məlumdur ki, Zəhra və Rəşad İbrahimzadə bir neçə il əvvəl boşanıblar. Onların bu nikahdan iki övladı var. İbrahimzadə öz keçmiş arvadını Əliyevə qısqanırmış.

O da məlum olub ki, Əliyev İbrahimovanı paytaxtdakı biznes mərkəzlərinin birində işə düzəldib. Mayın 1-də İbrahimova işə başlamalı imiş. Lakin İbrahimzadə bu gün səhər cütlüyə hücum edərək onlardan birini öldürüb, digərini isə yaralayıb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi açılıb.

Xəbər lenti
0