Təcili yardım avtomobili

Azərbaycanda tanınmış şəxs dünyasını dəyişib

1051
(Yenilənib 11:19 30.04.2018)
O, bu gün səhər saatlarında vəfat edib

BAKI, 30 aprel — Sputnik. Vəkillər Kollegiyasının (VK) keçmiş sədri, Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Azər Tağıyev vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, o, bu gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, Azər Tağıyev 1948-ci il aprel ayının 25-də Şəki şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1967–1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində ali təhsil alıb.

MSK üzvü Azər Tağıyev
MSK üzvü Azər Tağıyev

1974-cü ildə Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbul olunaraq, vəkillik fəaliyyətinə Bakı şəhəri 14 saylı hüquq məsləhətxanasında başlayan Azər Tağıyev 1989-1991-ci illərdə SSRİ Vəkillər İttifaqının Katibi olub.

O, 1995-2017-ci illərdə Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri olub, 26 iyun 1998-ci ildə Mərkəzi Seçki Komissiyasına üzv təyin edilib və vəfat edənədək MSK üzvü olub.

Prezident İlham Əliyevin 24 aprel 2008-ci il tarixli sərəncamı ilə Azər Tağıyevə "Əməkdar hüquqşünas" fəxri adı verilib.

1051
Teqlər:
VK, Vəkillər Kollegiyası, hüquqşünas, Azər Tağıyev, Mərkəzi Seçki Komissiyası, MSK
Əlaqədar
Vəzifəli şəxs vəfat edib
Dünyanın ən məşhur "cırtdanı" vəfat edib - VİDEO
Dünyanın ən yaşlı sakini vəfat etdi - FOTO
Eks-prezidentin xanımı vəfat etdi
Azərbaycanda millət vəkili vəfat etdi
Azərbaycanda nazir müavini vəfat etdi