Sərhəd keçid məntəqəsi

Azərbaycanda 3 şübhəli əcnəbi tutulub

81
(Yenilənib 14:08 27.04.2018)
Dövlət Sərhəd Xidmətinə saxta pasport təqdim edən 3 nəfər saxlanılıb

BAKI, 27 aprel — Sputnik. 2018-ci ilin 24-25 aprel tarixlərində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları 3 xarici vətəndaşın saxta sənədlərlə Avropa ölkələrinə qanunsuz səfər etmək məqsədilə Azərbaycan Respublikası ərazisindən tranzit ölkə kimi istifadə etmək cəhdinin qarşısı alıb. Bu barədə Sputnik Azərbaycan-a DSX-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 24-də "Şarja-Bakı" reysinin rəsmiləşdirilməsi zamanı özlərini Böyük Britaniya vətəndaşı kimi təqdim edən, 1958-ci il təvəllüdlü Siddiqi Salma və 1987-ci il təvəllüdlü Siddiqi Mujeeb Ur Rehman tərəfindən sərhəd nəzarətinə təqdim olunan pasportların həqiqiliyi şübhə doğurub.

Aprelin 25-i isə "Bakı-Frankfurt" reysinin rəsmiləşdirilməsi zamanı özünü Almaniya vətəndaşı kimi təqdim edən, 1995-ci il təvəllüdlü Muhammed Luqman Muhammed Amenin pasportunun saxta olması şübhə yaradıb.

Hər iki halda sərhəd keçmə sənədləri xüsusi laboratoriya şəraitində dərinləşdirilmiş yoxlamadan keçirilib, pasportların məlumat səhifəsinin dəyişdirilərək saxtalaşdırılması müəyyən edilib. Həmin şəxslərin üzərinə baxış keçirilərkən onlara məxsus birinci halda Pakistan vətəndaşlarının, ikinci halda isə İraq vətəndaşının pasportları aşkar olunub, məqsədlərinin Azərbaycan Respublikasının ərazisindən tranzit istifadə etməklə Avropa ölkələrinə mühacirət etmək olması müəyyənləşdirilib.

Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

81
Teqlər:
xarici vətəndaş, DSX, Dövlət Sərhəd Xidməti
Əlaqədar
Azərbaycanda 32 şübhəli şəxs tutulub
ABŞ səfirliyinin binası ətrafında şübhəli paket tapıldı
Bakıda şübhəli İran vətəndaşı saxlanıldı