Ekologiya və Təbii sərvətlər nazirliyi

Ekologiya Təbii Sərvətlər Nazirliyinin materialları Baş Prokurorluğa göndərilib

270
(Yenilənib 16:08 26.04.2018)
Araşdırma zamanı təbiətə 4000 manat məbləğində ziyan dəydiyi məlum olub

BAKI, 26 aprel — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən Oğuz rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

ETSN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, reyd zamanı Oğuz rayonu Qumluq bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində yaşköküstə 112 sm diametrliyində 1 ədəd Şərq çinarı ağacının kəsildiyi aşkar edilib.

Araşdırma zamanı ağacın Oğuz rayonu Şirvanlı kənd sakini Ramiz Abdullayev tərəfindən kəsildiyi və təbiətə 4000 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

270
Teqlər:
ETSN, reyd, ağac, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Əlaqədar
Bu görüntü insanları dəhşətə gətirdi: Ağacın oyuğunda mumiya tapıldı
Bakıda “soyqırım”: Ağacların quruması üçün dibinə neft töküblər
Baş örtüyünü ağaca bağlayır, qəbiristanlıqda toxumları udur və gözləyirlər...
Bakıda qeyri-adi həyat tərzi keçirən 112 ailə: divarlarda ağac bitir, mətbəxdə çimirlər...
Bakının əfsanəsinin üstünə ağac aşdı
Bakıda polis əməkdaşları, arxiv şəkli

"Günəş" parlaya bilmədi, polislər qoymadılar

586
(Yenilənib 10:34 04.07.2020)
İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kefenin icarədarı 2000 manat, digərləri 200 manat cərimə olunublar.

BAKI, 4 iyul — Sputnik. Paytaxtın Xətai rayonunda rayonunda sərtləşdirilmiş xüsusi karantin rejim qaydalarına əməl etməyən, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe aşkarlanıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Xətai RPİ və 37-ci PŞ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Nobel prospektində "Günəş" kafesinin icarədarı və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 5 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kefenin icarədarı 2000 manat, digərləri 200 manat cərimə olunublar.

586
Polis Patrul Xidməti və Təcili Tbbi Yardım maşınları

Bərdədə 7 yaşlı uşaq bacısını öldürüb

467
(Yenilənib 23:15 03.07.2020)
7 yaşlı Tağızadə Uğur Asif oğlu atasına məxsus "VAZ 2107" markalı minik avtomobilini işə salaraq hərəkət etdirib. Nəticədə 8 yaşlı bacısını əzərək öldürüb.

BAKI, 3 iyul – Sputnik. Bərdədə 7 yaşlı uşaq bacısını öldürüb.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə Bərdə rayonunun Qarabağ qəsəbəsində qeydə alınıb.

7 yaşlı Tağızadə Uğur Asif oğlu atasına məxsus "VAZ 2107" markalı minik avtomobilini işə salaraq hərəkət etdirib. Nəticədə 8 yaşlı bacısını əzərək öldürüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

467
Dərsliklər, arxiv şəkli

Erkən nikahlarla bağlı mövzular dərsliklərə məqsədlə salınıb

0
(Yenilənib 13:33 04.07.2020)
"Bunun əvəzinə orta-ümumtəhsil məktəblərinin dərsliklərinə ümumi həyat bilgisi, ilkin təcili yardım, özünmüdafiə, fövqəladə vəziyyətdən necə çıxış yolu tapmaq lazımdır, bu haqda məlumatlar daxil edilməlidir" - Kamran Əsədov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 4 iyul — Sputnik. Növbəti tədris ilindən etibarən erkən nikahlar və qohum nikahlarla bağlı dərsliklərə maarifləndirici material daxil ediləcək. Maraqlıdır, bunun effekti nə dərəcədə olacaq?

Bu barədə Sputnik Azərbaycan-a danışan təhsil üzrə ekspert Kamran Əsədov bunun heç bir faydasının olmayacağını vurğulayıb: "Burada auditoriya düzgün seçilməyib. Çünki erkən nikahları həyata keçirən şagirdlər deyil. Şagirdlər tərəfindən bu dərslərin nə dərəcədə mənimsənilməsi bunun həyata keçməsi demək deyil, yəni, bu erkən nikahdan qorunmaq deyil. Tutaq ki, şagird erkən nikahla bağlı materialı mənimsəyib. Bəs, valideyn? Bu səbəbdən də deyirəm ki, maarifləndiriləcək kütlə düzgün seçilməyib. Valideynin qonşusunda imkanlı biri olandan, atası başlıq pulunu alandan sonra nə olacaq?! Şagird valideynin fikrini dəyişə biləcəkmi".

"Baxın, erkən nikahlar restoranlarda qeydə alınır. Bəs, restoran sahibinin guya bundan xəbəri yoxdur?. Necə olur ki, bu gün maskaya görə cərimələr yazılır, amma erkən nikaha görə, kimsə cinayət məsuliyyətinə cəlb olunmur. Hər il Azərbaycanda 500-dək erkən nikah qeydə alınır, bəs buna görə məsuliyyət hanı, qeydə alınırmı?", - deyə K.Əsədov əlavə edib.

K.Əsədov bildirib ki, erkən nikahlar daha çox imkansız, çox qız uşaqlarının olduğu ailələrdə baş verir.

"Bunun əvəzinə orta-ümumtəhsil məktəblərinin dərsliklərinə ümumi həyat bilgisi, ilkin təcili yardım, özünmüdafiə, fövqəladə vəziyyətdən necə çıxış yolu tapmaq lazımdır, bu haqda məlumatlar daxil edilməlidir. Yolda birinin ürəyi getsə, ilkin tibbi yardım göstərə biləcəksiniz? Yol hərəkəti qaydalarını hamı bilirmi? Məktəblər bunu öyrətməlidir. Məktəb insanı həyata hazırlamalıdır",- deyə ekspert əlavə edib.

0