Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda qorxu evinin "çağırılmamış qonaqları" yenidən peyda olub

© Sputnik / Ilham Mustafayevİlanlı ev
İlanlı ev - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən gün öldürülən ilanın uzunluğu 1,4 metr olub

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 25 aprel — Sputnik. Goranboy rayonunun Qaradağlı kəndində ilanların 3 ildir əsarətdə saxladığı evin "çağırılmamış qonaqları" yenidən aktivləşib. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə ev sahibi Şahin Muxtarov məlumat verib.

İlanlı ev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda qorxu evi: hər şey filmlərdəki kimi baş verir

O bildirib ki, havaların hələ də soyuq olmasına baxmayaraq, həyətdə 10-dan artıq ilanla rastlaşıb. Onun sözlərinə görə, ilanlardan 6-nı öldürmək mümkün olub. Ötən gün öldürülən ilanın uzunluğu isə 1,4 metr olub.

Ev sahibi evin müəyyən hissələrində dərmanlama işləri aparsa da, sürünənlərin əl çəkmədiyini və günbəgün daha böyük ilanların gəldiyini deyib: "Hələ yaz fəslidir, evdə və həyətdə 10-dan çox ilan görünüb. Yayda buna daha çox rast gələcəyimizdən qorxuruq".

 

Xəbər lenti
0