Heydər Əliyev Beynəlxalq Hava Limanı

Azərbaycanda şübhəli Rusiya vətəndaşı saxlanılıb

207
(Yenilənib 19:26 24.04.2018)
Xarici valyutanın gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısı alınıb

BAKI, 24 aprel — Sputnik. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verib.

Bakı-Moskva aviareysi ilə getmək istəyən Rusiya Federasiyasının vətəndaşı "yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçsə də, lakin onun üzərində gömrük orqanına bəyan edilməmiş malların olması ilə bağlı əsaslı şübhə yaranıb.

Vətəndaş saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Nəticədə, onun gödəkçəsinin və şalvarının ciblərində gömrük nəzarətinə əvvəlcədən təqdim edilməyən, şifahi, yazılı və ya elektron formada bəyan olunmayan cəmi 1 milyon Rusiya rublu aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

207
Teqlər:
yoxlama, gömrük, vətəndaş
Əlaqədar
Dövlət Gömrük Komitəsinin səlahiyyəti əlindən alındı
Gömrükdə videoçəkiliş qadağası gəlir
Aşmış ağac

Yevlaxda qovaq ağacı aşdı, obyektler ziyan gördü - FOTO

9
(Yenilənib 11:34 13.04.2021)
Yevlax sakini: “Uşaqlar nəhəng ağac aşmazdan bir neçə dəqiqə əvvəl evə girmişdilər, çox şükür ki, salamat qurtulduq”.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Yağış yağmadı, tufan olmadı, nəhəng ağac nərilti ilə iki hissəyə ayrılıb böyük ərazini əhatə edən yerə aşdı. Sputnik Azərbaycan xəbər verir ki, hadisə Yevlaxın Yuxarı Salamabad kəndində baş verib. Təxminən 60-70 il öncə əkilən qovaq ağacı qəfildən aşaraq 4 kənd sakini - Rza Rüstəmov, Yazgül Baxışova, Elşən İlyasov, Məhəmməd Məmmədovun obyektlərini yararsız hala salıb. Ağacın iri budaqları dam örtüklərini, satışda olan malları sıradan çıxarıb.

Yuxarı Salamabad kənd sakini Ağca Məmmədova Sputnik Azərbaycan-a bildirib ki, həyətində olan ağac aşan zaman qorxub, həyəcan keçirib: “Bir anlıq düşündüm ki, evin üzərinə aşacaq. Həm də orada uşaqlar oynayırdılar, qorxdum ki, onlara xəsarət yetirər. Əvvəlcə bərk səs gəldi, bir tərəfi aşdı, qışqırdım, qonşuları çağırdım. Sonra gördüm ki, ağac iki hissəyə bölünərək aşıb. Çox şükür ki, evimizin üzərinə aşmadı, bəlkə də külək olsaydı, istiqamətini dəyişərdi. Həyətdə olan su kranını, su mühərrikini zədələyib. Tövlənin üstünə düşüb, dam örtüyünü sındırıb. Sevinirəm ki, xəsarət alan olmadı, evimizi dağıltmadı”.

  • Aşmış ağac
    © Sputnik / Rahim Mammadov
  • Aşmış ağac
    © Sputnik / Rahim Mammadov
  • Aşmış ağac
    © Sputnik / Rahim Mammadov
  • Hadisə yerində
    © Sputnik / Rahim Mammadov
  • Aşmış ağac
    © Sputnik / Rahim Mammadov
1 / 5
© Sputnik / Rahim Mammadov
Aşmış ağac

Sakinlər iddia edirlər ki, aşan qovaq ağacının 60-70 il yaşı olar. Ağac içərisindən çürüdüyündən qəfildən iki yerə ayrılıb və sakinlərə zərər vurub.

Kənd sakini Seymur Cəfərov bildirib ki, ağac aşan zaman xəsarət alan olmasa da, sahibkarlara xeyli ziyan dəyib: “Günortadan keçmişdi, bərk səs eşidildi. Bir də gördük ki, nəhəng qovaq ağacı aşdı. Yaxınlıqda olan 4 sahibkara ciddi ziyan dəyib. Əsasən dam örtükləridir, bir obyektin də divarını zədəliyib. Çox şükür ki, xəsarət alan olmadı. Ağacın budaqları çox qalın və ağırdır, ona görə düşdüyü yeri dağıdıb. Onu da qeyd edim ki, bir il öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ağacın budaqlarının kəsilməsi barədə sərəncam verilib".

Qovaq digər ağaclara nisbətən o qədər də möhkəmliyi ilə seçilmir. Ağac böyüdükcə müəyyən hissələrində çürümə gedir və onun məhvinə səbəb olur.

9

Yasamal rayonunda avtomobilə atəş açılıb

665
İdarəetməni itirən sürücü nəqliyyat vasitəsini dərədən aşağı aşırıb. Hadisə yerinə Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Şöbəsinin əməkdaşları cəlb edilib.

BAKI, 12 aprel - Sputnik. Bakının Yasamal rayonunda silahlı insident baş verib.

APA xəbər verir ki, hadisə Yeni Yaşamal yaşayış massivində qeydə alınıb.

Əsəd Əhmədov küçəsində 99-VH-886 dövlət nişanlı "Chevrolet" markalı avtomobilə atəş açılıb. İdarəetməni itirən sürücü nəqliyyat vasitəsini dərədən aşağı aşırıb. Hadisə yerinə Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Şöbəsinin əməkdaşları cəlb edilib.

665
Bıçaq

Qətl hadisəsi ilə bağlı məhkəmə qərarı verildi

0
(Yenilənib 16:47 13.04.2021)
Pünhan Hüseynov Cinayət Məcəlləsinin 221.3, 29, 120.2.2, 120.2.2 və 120.2.10 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

BAKI, 13 aprel — Sputnik. 11 avqust 2020-ci il tarixdə İmişli rayonu, Göbəktala kəndi ərazisində 1985-ci il təvəllüdlü Amid Əmirahovun öldürülməsi, 1990-cı il təvəllüdlü Səbuhi Əmirahovun isə öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə İmişli rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb. Bu barədə İmişli rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, istintaqla 1984-cü il təvəllüdlü Pünhan Hüseynovun həmin gün saat 20 radələrində kənd ərazisində yerləşən kafelərin birində alkoqol sərxoşluğu vəziyyətində əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər edib, Səbuhi Əmirahova bıçaqla xəsarətlər yetirib qəsdən öldürməyə cəhd etməsinə, sonuncunun qohumu Amid Əmirahova isə bıçaqla bədən xəsarətləri yetirərək öldürməsinə, həmçinin ətrafdakı şəxslərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsinə və  nəqliyyat vasitələrinə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Pünhan Hüseynov Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə), 29, 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd), 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) və 120.2.10 (təkrarən qəsdən adam öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

0