Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Polis əhaliyə müraciət edir: Onu görənlər dərhal məlumat versin!

© Sputnik / Rahim MuradovAstara Rayon Polis Şöbəsi
Astara Rayon Polis Şöbəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Sumqayıt sakini dənizdə qayıqla üzmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb

BAKI, 20 aprel — Sputnik. Sumqayıtda 18 yaşlı gənc itkin düşüb. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, Sumqayıt şəhər 2-ci mikrorayon, ev 16/21v, mənzil 14 ünvanında yaşayan, 2000-ci il təvəllüdlü Nüsrət Nəzər oğlu Nəzərov dənizdə qayıqla üzmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb. Bu barədə Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən məlumat verilib.

© Ailənin şəxsi arxivindənNüsrət Nəzərov
Nüsrət Nəzərov  - Sputnik Azərbaycan
Nüsrət Nəzərov

Şəkildə oğlanı tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi"nə, həmçinin Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin (+994 18) 655-74-85, (055) 943-94-94 şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Xəbər lenti
0