Post-patrul avtomobilləri

Təcili xəbər gəldi, polis dərhal hərəkətə keçdi

239
(Yenilənib 16:46 16.04.2018)
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir

BAKI, 16 aprel — Sputnik. Aprelin 14-də saat 4 radələrində Qazax rayonunun Yuxarı Salahlı kənd sakini Mehriban Nəsibovanın baş və bədən nahiylərindən çoxsaylı qırma xəsarətləri ilə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən kənd sakini Sevdimalı Abdullayev saxlanılıb. Onun evindən müvafiq sənədləri olmayan "İJ-16" markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

239
Teqlər:
Sevdimalı Abdullayev, Mehriban Nəsibova, Yuxarı Salahlı kəndi, Qazax rayonu, sakin, cinayət, xəstəxana
Əlaqədar
Dünyada cinayətkarlığın çox olduğu şəhərlərin siyahısı açıqlanıb
Bu cinayəti törədənlər 40 il müddətinə həbs edilə bilər
Şəkidə baş vermiş dəhşətli hadisəyə görə cinayət işi açılıb
Azərbaycan qızılının oğurlanması ilə bağlı cinayət işi başlanılıb