Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda binada yanğın oldu: Sakinlər təxliyə edildi

CC0 / 12019 / fireYanğın, arxiv şəkli
Yanğın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda binada yanğın baş verib, 10 sakin təxliyə olunub

BAKI, 14 aprel — Sputnik. Bakıda yanğın olub. 

Sputnik Azərbaycan-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Xətai rayonunda binanın zirzəmisində ümumi sahəsi 9 m2 olan köməkçi tikilidə baş verib. Nəticədə tikilidə quraşdırılmış elektrik lövhəsində 45 ədəd elektrik sayğacı və 10 p.m elektrik kabeli yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdən 10 nəfər bina sakini təxliyyə olunub. Mənzillər və zirzəmidə olan avtomobillər yanğından mühafizə olunub. 

Yanğın söndürülüb.​

Xəbər lenti
0