Post Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli

Azərbaycanda qohumlar arasında kütləvi dava: Ölən yaralananlar var

2604
(Yenilənib 16:15 13.04.2018)
Bəyzadə Rəciyevin ölümündə şübhəli bilinən Şirxan Haxıəliyev polis tərəfindən saxlanılıb, digər yaralıların müalicəsi davam etdirilir

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Yardımlı rayonunda qohumlar arasında kütləvi dava baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Bürzünbül kəndində yaşanıb.

Qohum ailələr olan Rəciyevlər və Haxıəliyevlər arasında mübahisə yaranıb. Torpaq ərazisinin müəyyən edilməsi səbəbindən yaranan mübahisə daha sonra davaya çevrilib. İlkin məlumata əsasən, dava zamanı 53 yaşlı Bürzümbül kənd sakini Bəyzadə Rəciyev müxtəlif dərəcəli bədən xəsarətləri aldığından dünyasını dəyişib.

Davada iştirak edən digər şəxslər — 55 yaşlı Nuru Haxıəliyev, 25 yaşlı Şirxan Haxıəliyev, 25 yaşlı Elvin Rəcil və 19 yaşlı Əvəz Rəcili müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yardımlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Bəyzadə Rəciyevin ölümündə şübhəli bilinən Şirxan Haxıəliyev polis tərəfindən saxlanılıb.

Digər yaralıların müalicəsi davam etdirilir. Baş vermiş hadisə ilə bağlı Yardımlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi açılıb, müvafiq ekspertizalar təyin edilib. Hazırda istintaq davam etdirilir.

2604
Teqlər:
Haxıəliyev ailəsi, Rəciyevlər ailəsi, Bürzümbül kəndi, Yardımlı rayonu, qohum, kütləvi dava, yaralı
Əlaqədar
Qonorarını ala bilməyən Xalq artisti səhnədə dava saldı
Futbol yarışında kütləvi dava düşdü - VİDEO
Beyləqanda polislər arasında qanlı dava
Bakıda azərbaycanlılarla gürcülər arasında kütləvi dava oldu
Dövlət idarəsi Müdafiə Nazirliyinə qarşı dava açdı
Tüfəng, arxiv şəkli

Ağcabədi sakini qardaşı oğlunu güllələdi

34
Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib

BAKI, 20 oktyabr — Sputnik. Oktyabrın 19-da saat 20 radələrində Ağcabədi rayonu, Şənlik kəndi ərazisində kənd sakini Məmmədov Rəfail Həsən oğlunun odlu silahdan açılan atəş nəticəsində çoxsaylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Sputnik Azərbaycan-a Ağcabədi Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əmisi Mamedov Ərəstun Mütəllim oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Rəfail Məmmədovu öldürmək məqsədilə kustar üsulla hazırlanan tüfəngdən atəş açaraq qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Ərəstun Mamedov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

34

Azərbaycanda Milli Park yanır

67
İlkin məlumata görə, təqribən 5 ha sahədə quru ot və kol-kos yanır. Yanğının baş verdiyi ərazi çətin keçilən mürəkkəb relyefdə yerləşir.

BAKI, 19 oktyabr - Sputnik. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Quba rayonunun Xanəgah kəndində Şahdağ Milli Parkının ərazisində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Sputnik Azərbayca-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb ediliblər. İlkin məlumata görə, təqribən 5 ha sahədə quru ot və kol-kos yanır.

Yanğının baş verdiyi ərazi çətin keçilən mürəkkəb relyefdə yerləşir. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

67
Elektrik yarımstansiyası, arxiv şəkli

Azərbaycanda yeni istilik elektrik stansiyalarının tikilməsinə ehtiyac yaranıb

0
(Yenilənib 00:22 21.10.2020)
"Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

BAKI, 21 oktyabr — Sputnik. "Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibətilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib.

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% azalaraq, 19,4 milyard kVt·st təşkil edib.

P.Şahbazov bildirib ki, qarşıdakı illərdə isə elektrik enerjisinə tələbat və istehsal həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir:

"2025-ci ilə qədər ölkəmizdə elektrik enerjisinə tələbatın 25,5 milyard kVt·st-a qədər artacağı, ixrac da nəzərə alınmaqla elektrik enerjisi istehsalının isə ötən ilə nisbətən 15% artımla 30 milyard kVt·st-a çatacağı proqnozlaşdırılır. Bu istehsal həcmlərinin bir qismi ötən il istismara verilmiş, qoyuluş gücü 409 МVt olan "Şimal-2" elektrik stansiyası, bu il təməli qoyulmuş və 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan 385 МVt gücündə "Qobu" elektrik stansiyası hesabına əldə ediləcək".

Nazirin fikrincə, həmçinin bu prosesdə "Azərenerji" ASC-nin istehsal güclərinin optimallaşdırılması və bərpası nəticəsində yenidən istismara cəlb edilən 1300 MVt imkan gücündən istifadə ediləcək: "Eyni zamanda, təhlillər göstərir ki, tələbatın tam qarşılanması üçün yeni istilik elektrik stansiyalarının tikilməsinə də ehtiyac var".

0