Piyada keçidi, arxiv şəkli

Paytaxtda avtobus piyadanı vurdu

72
(Yenilənib 17:44 10.04.2018)
Videodan aydın görünür ki, piyada yolu müəyyən olunmayan yerdən keçdiyinə görə vurulub

BAKI, 10 aprel — Sputnik. Paytaxtda yolu keçmək istəyən piyadanın avtobus tərəfindən vurulması anı kameraya düşüb.

Sputnik Azərbaycan Avtosfer.az-a istinadla xəbər verir ki, Heydər Əliyev prospektində yolu keçmək istəyən qadın qəfil avtobusun qarşısına çıxdığı üçün avtobus onu vurub. Qəzanı görən sürücülər dərhal xəsarət almış piyadanı götürərək yoldan kənara çıxarıblar.

Videodan aydın görünür ki, piyada yolu müəyyən olunmayan yerdən keçdiyinə görə vurulub. Ona görə də, bu qəzada piyadanın məsuliyyəti də qaçılmazdır. 

72
Əlaqədar
Piyada haqlıdır, yoxsa sürücü - qanun nə deyir? – VİDEO
Abşeronda qəribə hadisə: Bu dəfə piyada da sürücüyə qoşulub qaçdı
Özünü çıxılmaz vəziyyətə salan piyada cərimələndi
Piyada qətliamı davam edir: vəsiqəsiz sürücü 66 yaşlı qadını öldürdü
Bu dəfə polis piyada keçidini gözləmədi - Bakıda qəza