BAKI, 10 aprel — Sputnik. Bakının Ziya Bünyadov prospektinin Nərimanov rayonu əraxisinə düşən hissəsində benzin daşıyan maşında yanğın olub.
Report xəbər verir ki, yanğın MAN markalı maşının əyləc sistemində başlayıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğın Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Yanğının genişlənməsinin qarşısı alınıb.