Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Pasxadan qayıdan nişanlı gənc ölü tapıldı

© Sputnik / Shahperi AbbasovaKötüklü kəndində Pasxa
Kötüklü kəndində Pasxa - Sputnik Azərbaycan
Abunə olmaq
Anası onun otağından səs eşidib, otağına daxil olarkən oğlunun can verdiyini görüb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 9 aprel — Sputnik. Qax rayonunda nişanlı gənc gözlənilmədən vəfat edib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gecə rayonun Kötüklü kəndində baş verib.

Kənd sakinlərinin sözlərinə görə, Beriqaşvili Mido Arsen oğlu həmkəndliləri ilə pasxa bayramını qeyd etdikdən sonra evə gəlib. Anası onun otağından səs eşidib, otağa daxil olarkən oğlunun can verdiyini görüb.

Qeyd edək ki, 24 yaşlı gənc nişanlı olub.

Xəbər lenti
0