Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Meşə gözətçisinin faciəvi ölümü

CC0 / bertvthul / лесQafqaz sıra dağları, arxiv şəkli
Qafqaz sıra dağları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İlkin araşdırmalara əsasən, o ehtiyatsızlıqdan qayadan yıxılaraq ölüb

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 7 aprel — Sputnik. Oğuzda bədbəxt hadisə baş verib.

56 yaşlı Oğuz rayonunun Muxas kənd sakini Məhərrəmov Tahir Seyfəddin oğlu dağ massivində ölü vəziyyətdə tapılib.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə Oğuz rayonunun Muxas kəndində yerləşən yüksək dağlıq ərazidə baş verib. Məhərrəmov Tahir Seyfəddin oğlu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Oğuz rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsində meşə gözətçisi işləyib. İlkin araşdırmalara əsasən, o ehtiyatsızlıqdan qayadan yıxılaraq ölüb.

Meyid Daxili işlər nazirliyinin Oğuz rayonunun əməkdaşları tərəfindən dağ massivindən götürülüb və müayinə üçün müvafiq quruma təhvil verilib. Faktla bağlı Oğuz rayon Prokrorluğunda araşdırma aparılır.

Xəbər lenti
0