Borneo adası

Şərikli adada fövqəladə vəziyyət elan olundu: İnsanlar maskada gəzir

379
(Yenilənib 17:43 06.04.2018)
Dəniz suyunu zəhərləyən neftin alovu söndürülməyib

BAKI, 6 aprel — Sputnik. Üç ölkəyə — İndoneziya, Malayziya və Bruneyə məxsus Borneo adasının Balikpapan liman şəhərində fövqəladə vəziyyət rejimi elan edilib.

Biosfer.az xəbər verir ki, buna səbəb sahil boyu dənizə dağılan neftin alışması olub. Hadisə nəticəsində 4 balıqçı həyatını itirib. Bir nəfərin itkin düşdüyü bildirilir.

Dəniz suyunu zəhərləyən neftin alovu hələ söndürülməyib. Qara tüstü 18 kvadrat kilometr əraziyə yayılıb.

Balikpapan şəhərində 700 min əhali yaşayır. İnsanlar hazırda havadan zəhərlənməmək üçün qoruyucu maskayla gəzir.

379
Əlaqədar
İranlı turistlərin qaldığı hoteldə yanğın olub
Bakıda yenə güclü yanğın olub, 55 nəfər xilas edilib, 7 nəfər xəstəxanaya yerləşdirilib
Dəhşətli yanğında ölənlərlə bağlı ortaya yeni iddia atıldı
Azərbaycanda da yanğın təlaşı