Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şəhər polisi avtomobillərdən oğurluq edən şəxsləri saxlayıb

CC BY-SA 2.0 / Bill Burris / Three Wise MenКвартирный вор, фото из архива
Квартирный вор, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər ötən gün polis orqanları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq istintaqa cəlb ediliblər

BAKI, 6 aprel — Sputnik. Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər ötən gün polis orqanları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq istintaqa cəlb ediliblər.

Bu barədə Sputnik Azərbaycan-a AR Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Здание Министерства внутренних дел Азербайджанской Республики - Sputnik Azərbaycan
HADİSƏ
DİN: Həsən Qasımovun üzərindən və evindən narkotik tapılıb

Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 5-də Bakı şəhər sakini N.Məmmədlinin "Chevrolet" markalı avtomobilindən 450 manat pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Hüseyn Əliyarov saxlanılıb. Bununla yanaşı, saxlanılan zaman onun üzərindən narkotik vasitə olan opium da götürülüb.

Elə həmin gün rayonun 39-cu polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini K.Abbasovanın "Nissan" markalı avtomobilindən 550 manat pul və sənəd oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini Taliyə Mustafazadə saxlanılıb.

Avtomobillərdən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilindiyinə görə saxlanılan Bakı şəhər sakini Rəvan Abdullayevin ətrafında Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun N.Ələkbərovanın "Ford" markalı avtomobilindən 300 manat pul və kosmetik əşyalar oğurladığı da müəyyənləşdirilib.

Xəbər lenti
0