Heyvandarlıq təsərrüfatı. Arxiv şəkli

İçkili vəziyyətdə inəyi sillələdi, xəstəxanalıq oldu

189
Qarın nahiyəsindən yaralanan Ürfan Şabran Rayon xəstəxanasına çatdırılsa da, həkimlərin tibbi yardımına razı olmayaraq evə qayıdıb

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 6 aprel – Sputnik. Şabranda inək oğlanı buynuzlayıb. Hadisə dünən axşam 19:00 radələrində baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, rayonun Sincanboyad kənd sakini,1995-ci il təvəllüdlü Bəfdəlov Ürfan Bəhruz oğlu içkili vəziyyətdə tövləyə girib. Anası inəyi sağan zaman inəyin sifətini şillələməyə başlayıb. Bundan hirslənən inək Ü.Bədəlovu buynuzlayıb. Qarın nahiyəsindən yaralanan Ürfan Şabran Rayon xəstəxanasına çatdırılsa da, həkimlərin tibbi yardımına razı olmayaraq evə qayıdıb.

189
Əlaqədar
Dörd dəfə çox süd verən və soyuğa davamlı inək yaradılır
Azərbaycanda inək üç nəfərin faciəli şəkildə ölümünə səbəb oldu
İnək 4 nəfəri öldürdü
Ermənistanla Türkiyə arasında "inək protokolu"