Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İki yaşlı uşaq televizorun altında qalıb öldü

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidMoskvada təcili yardım avtomobili, arxiv şəkli
Moskvada təcili yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Son 3 ayda üç uşaq üzərinə televizor düşməsi səbəbindən ölüb

BAKI, 6 aprel — Sputnik. Moskva yaxınlığındakı Mıtışi şəhərində üzərinə televizor düşən qız ölüb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, iki yaşlı qızın cəsədi çərşənbə günü aşkarlanıb.

Müəyyən edilib ki, qızın üzərinə televizor düşüb. Aldığı zədədən o, yerindəcə keçinib. Hazırda məhkəmə tibbi ekspertiziyası aparılır. Nəticələrə görə, prosessual qərar qəbul ediləcək.

Bu, artıq ilin əvvəlindən Moskvada baş verən bu qəbildən olan üçüncü hadisədir. Fevralın 6-da Naro-Fominsk rayonunda da iki yaşlı qız televizoru üzərinə aşırmışdı. Aldığı zədə nəticəsində o, xəstəxanada dünyasını dəyişmişdi.

İki həftə sonra — fevralın 20-də isə Noqinskdə 1 yaşlı oğlan televizoru öz üzərinə çəkib. Təcili Tibbi Yarım briqadası onun ölümünü təsdiqləyib.

Xəbər lenti
0