Xətai rayonu

Xətai rayonunda qanunsuzluq

109
(Yenilənib 17:00 04.04.2018)
Faktla bağlı iş icraçısı Mənzil Kommunal Təsərrüfat Birliyi barəsində qanunamüvafiq qaydada protokol tərtib edilib

BAKI, 4 aprel — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "Qaynar xətt"inə Xətai rayonu, Məhəmməd Hadi küçəsi 93 və 99 saylı binaların qarşısında ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. Həmin şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib. O bildirib ki, əraziyə keçirilən baxış zamanı müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlar tərəfindən yaşıllıq ərazinin primitiv üsulla qanunsuz çəpərlənərək zəbt olunduğu və Xətai Rayon İcra Hakimiyyətinin göstərişi ilə rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən abadlıq işlərinin aparılması məqsədilə çəpərlərin texnika vasitəsilə söküldüyü müəyyən edilib.

Araşdırma zamanı ərazidə ağac kəsilməsi faktının olmadığı, lakin söküntü işləri zamanı bir neçə ağac və kolların zədələndiyi və təbiətə 400 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı iş icraçısı Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi barəsində qanunamüvafiq qaydada protokol tərtib edilib və Birlik hüquqi şəxs qismində 1000 manat məbləğində cərimə olunub.

109
Teqlər:
Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi, ETSN, Xətai rayonu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, cərimə
Əlaqədar
İcra başçısının maşınının üstünə ağac düşdü - FOTO
Lənkəranda ağac qətliamı törədilib...
Bu görüntü insanları dəhşətə gətirdi: Ağacın oyuğunda mumiya tapıldı
Bakıda “soyqırım”: Ağacların quruması üçün dibinə neft töküblər