Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda yenə güclü yanğın olub, 55 nəfər xilas edilib, 7 nəfər xəstəxanaya yerləşdirilib

© Sputnik / Murad OrujovYanğınsöndürən maşın, arxiv şəkli
Yanğınsöndürən maşın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Toksikologiya şöbəsindən bildirilib ki, onlar bu gün evə buraxılacaqlar

BAKI, 3 aprel — Sputnik. Fövqəladə Hallar Nazirliyi (FHN) Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən "Gilavar" sanatoriyasının ərazisində (hazırda fəaliyyət göstərmir) baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən "Gilavar" sanatoriyasının ərazisində (hazırda fəaliyyət göstərmir) məcburi köçkünlərin məskunlaşdığı üçmərtəbəli korpusun 1-ci mərtəbəsində ümumi sahəsi 42 m² olan 2 otağın və dəhlizin yanar konstruksiyaları, binaya bitişik tikilmiş ümumi sahəsi 18 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və zirzəmiyə yığılmış məişət əşyaları 18 m² sahədə yanıb.

Yanğın zamanı yuxarı mərtəbələrdəki tüstülənmiş otaqlardan 55 nəfər sakin Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri tərəfindən təxliyə edilib. Bina yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Sputnik Azərbaycan xəbər verir ki, baş vermiş yanğınla bağlı 7 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Toksikologiya şöbəsindən bildirilib ki, onlar bu gün evə buraxılacaqlar.

Xəbər lenti
0