Heydər Əliyev prospektində aşan avtomobil

Sürücülərin diqqətinə: Bakının bu istiqamətinə getməyin - VİDEO

563
Bakıda yol qəzası olub, nəqliyyatın hərəkətində sıxlıq yaranıb

BAKI, 1 aprel — Sputnik. Bakının Heydər Əliyev prospektində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Mais Ağayev deyib.

Ağayevin sözlərinə görə, tıxaca səbəb Şəfa stadionu qarşısında baş vermiş avtonəqliyyat hadisəsdir:

"Bir qədər əvvəl üzü şəhərə istiqamətdə Şəfa stadionundan sonra nəqliyyat vasitəsi aşıb. Bu səbəbdən də Heydər Əliyev prospektinin həmin hissəsində nəqliyyatın hərəkətində sıxlıq yaranıb".

563