Güclü küləyin yaratdığı fəsadlar

Təbiətin şıltaqlığı şimal-qərb bölgəsinin "altını-üstünə çevirdi"

154
(Yenilənib 10:35 02.04.2018)
Güclü külək fəsadlar törətsə də xəsarət alan olmayıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 1 aprel— Sputnik. Respublikanın şimal-qərb bölgəsində müşahidə olunan güclü yağış və külək iri ağacların gövdəsini yarıdan qoparıb, bəzilərini isə kökündən çıxarıb. 1 sutkaya yaxın elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Yerli fermer Vüqar Abdullayevin Sputnik Azərbaycan-a  verdiyi məlumata görə, güclü külək və temperaturun aşağı düşməsi tozlanma prosesinə mənfi təsir edir: “Havaların şıltaq keçməsi əsasən şaftalı, ərik, gilas ağaclarının çiçəklərinə zərərlidir. Havalar belə davam etsə, məhsuldarlığın aşağı olacağı qaçılmazdır”.

  • Güclü küləyin yaratdığı fəsadlar
    Güclü küləyin yaratdığı fəsadlar
    © Sputnik / Shahperi Abbasova
  • Güclü küləyin yaratdığı fəsadlar
    Güclü küləyin yaratdığı fəsadlar
    © Sputnik / Shahperi Abbasova
  • Güclü küləyin yaratdığı fəsadlar
    Güclü küləyin yaratdığı fəsadlar
    © Sputnik / Shahperi Abbasova
  • Güclü küləyin yaratdığı fəsadlar
    Güclü küləyin yaratdığı fəsadlar
    © Sputnik / Shahperi Abbasova
  • Güclü küləyin yaratdığı fəsadlar
    Güclü küləyin yaratdığı fəsadlar
    © Sputnik / Shahperi Abbasova
1 / 5
© Sputnik / Shahperi Abbasova
Güclü küləyin yaratdığı fəsadlar

Güclü külək Balakən-Zaqatala ərazilərinə, Qax rayonunun "Atağar meşəsi" adlanan əraziyə və başqa ərazilərə də ziyan vurub. Fındıq, palıd, çinar və s. ağacların kökündən yıxılmasına səbəb olub. Bundan başqa,  güclü leysan şimal-qərb bölgəsinin bəzi ərazilərində fərdi yaşayış evlərinin və həyətyanı sahələrin su altında qalmasına səbəb olub.

Qeyd edək ki, güclü külək fəsadlar törətsə də xəsarət alan olmayıb.

154