Bakıda gözlənilən hava

Güclü küləkdən sonra gözlənilən HAVA PROQNOZU

605
(Yenilənib 13:07 31.03.2018)
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

BAKI, 31 mart — Sputnik. Aprelin 1-nə Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 8-11, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yuxarı 773 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 1-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 3-7, gündüz 13-17 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

605
Teqlər:
hərarət, bulud, yağmur, hava, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti