Bazarstoredan alınmış çörək

Marketdən çörək aldı, içindən əlcək çıxdı

19
(Yenilənib 02:38 30.03.2018)
Rüfət Nadirli: "Və həmin hissəni balaca qızımın ağzından çıxardım"

BAKI, 30 mart — Sputnik. Xırdalan şəhərində yaşayan jurnalist Rüfət Nadirli "Bazarstore"-dən aldığı çörəyin keyfiyyətindən narazı qalıb. Sputnik Azərbaycan xəbər verir ki, jurnalist Xırdalan şəhərində yerləşən böyük marketdən çörək alıb və çörəyin içindən çıxan əlçəyi görərək təəccüblənib. O, bu haqda sosial şəbəkədəki şəxsi hesabında məlumat yayıb:

"Dünən çörək aldım və içindən əlcəyin baş barmağı çıxdı. Və həmin hissəni balaca qızımın ağzından çıxardım. Bu məsuliyyətsizlik və səriştəsizlik ucbatından qızımın başına nələr gələ bilərdi…

Əlcək gigiyenik qaydaları qorumaq üçün ələ geyilir, daha çörəyin içinə salınmır ki…"

19
Əlaqədar
"Xalqın zövqünü illərlə keyfiyyətsiz istiqamətdə formalaşdırıblar"
Ekspert: “Bundan sonra bazarda ucuz və keyfiyyətsiz mallar artacaq”
Ekspert: "Ölkəyə keyfiyyətsiz dərmanlar gətiriləcək"
Milyonların sevə-sevə baxdığı "keyfiyyətsiz" film