Автомобиль, попавший в ДТП

Ağır yol qəzası paytaxtda böyük tıxac yaratdı

218
(Yenilənib 23:00 29.03.2018)
Bakıda ağır yol qəzası ilə əlaqədar nəqliyyatın hərəkətində sıxlıq yaranıb

BAKI, 29 mart — Sputnik. Bakıda baş verən yol-nəqliyyat qəzası avtomobillərin hərəkətinə ciddi problem yaradıb. 

Belə ki, metronun “Koroğlu” stansiyasından Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində gedən avtomagistralda (Sabunçu körpüsünə çatmamış) ağır yol-nəqliyyat hadisəsi baş verdiyindən hazırda həmin ərazidə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. Bu barədə Sputnik Azərbaycan sosial şəbəkələrə istinadən məlumat verir.

Məlumata əsasən, hadisə zamanı bir neçə maşın toqquşub.

Məlumatı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev da təsdiq edib.

218
Əlaqədar
Həyəcan siqnalı: Paytaxtdakı iri obyektlərdə qəza baş verərsə...
Abşeronda müdhiş qəza: Yaralananlardan ikisi uşaqdır
İmişli sakinləri Saatlıda öldü - Qorxunc qəza
Qəzadan qaçmaq istədi, daha böyük qəza törətdi
Ağsuda dəhşətli qəza: 6 nəfər ölüb