Azərbaycan Respublikasının Təhsil Nazirliyi

Nazirlikdən Bakı sakinlərinə xəbərdarlıq: Sabah hamı diqqətli olmalıdır

590
Təhsil Nazirliyi qeyri-sabit hava şəraiti ilə bağlı tələbə və şagirdlərə xəbərdarlıq edib

BAKI, 29 mart — Sputnik. Təhsil Nazirliyi proqnozlaşdırılan qeyri-sabit hava şəraiti ilə əlaqədar tələbə və şagirdlərə  xəbərdarlıq edib. Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən, martın 30-dan 31-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraiti qeyri-sabit keçəcək, güclü (təhlükəli) şimal-qərb küləyi əsəcək.

“Təhsil Nazirliyi bununla bağlı tələbə və şagirdləri diqqətli olmağa, xüsusilə azyaşlı məktəb şagirdlərinin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırır. Eyni zamanda Bakıda və Abşeron yarımadasında fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərlərindən göstərilən tarixlərdə müvafiq təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirmələri xahiş olunur”, — deyə məlumatda bildirir.

590