Глаз, фото из архива

Azərbaycanlı satanistdən şok əməl: "Mən səni şeytana qurban verməliyəm"

757
(Yenilənib 17:09 29.03.2018)
Təcavüzkar oğlanın gözlərini çıxarmağa və onu iplə boğmağa çalışıb

BAKI, 29 mart — Sputnik. Liftdə Azərbaycan vətəndaşının təcavüzünə məruz qalan yeniyetmə hazırda Tbilisi İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasında həkimlərin nəzarəti altındadır. Sputnik Gürcüstan-ın məlumatına görə, bu barədə "Rustavi2" telekanalı məlumat yayıb.

Həkimlər 13 yaşlı oğlanın vəziyyətini stabil qiymətləndirirlər. Şahidlərin sözlərinə görə, insident dünən Tbilisinin yeddinci Vaja-Pşavela kvartalındakı binanın liftində baş verib. Yerli sakinlər bildiriblər ki, 22 yaşlı şübhəli şəxs mərtəbələrin birində içində həddi-buluğa çatmayan uşağın olduğu liftə daxil olub. Qonşular qısa müddətdə dəhşətli qışqırıq səsləri eşidiblər, dərhal polisə və təcili yardıma xəbər veriblər.

Yayılan məlumatlara görə, təcavüzkar oğlanın gözlərini çıxarmağa və onu iplə boğmağa çalışıb. Zərərçəkmişin qohumu seksual təcavüz cəhdini istisna edib.

"O (təcavüzkar — red.) "mən səni şeytana qurban verməliyəm" deyərək uşağı boğmağa başlayıb. Təcavüzkar satanist olub", — deyə adının çəkilməsini istəməyən qadın bildirib.

Təcavüzkarı hadisə yerindəcə saxlayıblar. Zərərçəkmişi isə dərhal xəstəxanaya göndəriblər. Şahidlərin sözlərinə görə, onun bütün sifəti qan olub. Onun görmə qabiliyyətini itirəcəyindən qorxsalar da, son məlumatlara görə, xoşbəxtlikdən bu baş verməyib.

Azərbaycanlı satanistin təcavüzünə məruz qalan oğlana oftalmoloq baxıb. On üç yaşlı zərərçəkmişin gözlərinə cərrahi müdaxilənin edilməsinə ehtiyac duyulmayıb. Amma hələlik onun görməsində problem var. Oğlanın beyni silkələnib və beyninə qan sızıb.

Baş vermiş hadisə ilə bağlı Gürcüstan Respublikası Cinayət Məcəlləsinin "Qəsdən sağlamlığa ağır zərər vurma" maddəsinin "mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə, təqsirkar şəxs tərəfindən aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə" bəndi ilə cinayət işi açılıb. Təcavüzkarı 4 ildən 6 ilədək həbs cəzası gözləyir.

757
Teqlər:
şeytan, satanist, göz, lift, Tbilisi, Azərbaycan vətəndaşı, təcavüz
Əlaqədar
Bu da oldu: "Şeytan çıxarma" kursları təşkil edilir...
Gənclər “şeytan ayini” keçirib, intihar etdilər
Şeytanın şagirdi nəhayət ki, öldü
Övladınızı o şeytandan uzaq tutmasanız, ömür boyu özünüzü bağışlamayacaqsınız
Xırdalanda dağılmış mənzilin yaxınlığnda

Dağıntılar altında qalan azyaşlının meyiti çıxarıldı

13
(Yenilənib 15:58 26.01.2021)
FHN xilasediciləri 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızının meyitini dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər

BAKI, 26 yanvar — Sputnik. Xırdalanda partlayış baş verən evin dağıntıları altında qalan daha bir nəfərin meyiti tapılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, FHN xilasediciləri 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızının meyitini dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xatırladaq ki, ötən gün axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində partlayış baş verib. Nəticədə uçqun olub. FHN xilasediciləri dağıntılar altından 6 nəfəri xilas edib, 2 nəfərin cəsədini çıxarıblar.

13

Xırdalanda evin partladığı yerdə baş verir video

22
Hazırda Abşeron rayonunun Xırdalan şəhərində dünən partlayış baş verən ərazidə axtarış-xilasetmə işləri davam edir. Sputnik Azərbaycan-ın çəkiliş qrupu hadisə yerində olub.

Hadisə Xırdalanın 27-ci məhəlləsində ikimərtəbəli evdə baş verib. Partlayış dalğasından yaxınlıqdakı çoxmərtəbəli binaların şüşələri sınıb.

Hazırda qalıqlar altında olduğu güman edilən uşağın xilas edilməsi üçün işlər davam etdirilir. İndiyədək altı nəfər xilas edilib, bir nəfərin isə cəsədi tapılıb.

22
İran və Rusiya xarici işlər nazirləri Məhəmməd Cavad Zərif və Sergey Lavrov, arxiv şəkli

Lavrov Zərif Qarabağa dair nəyi müzakirə ediblər?

1
(Yenilənib 17:02 26.01.2021)
"Biz əminik ki, bu iş Dağlıq Qarabağ ətrafında vəziyyətə dair qalan siyasi aspektləri ədalətli əsasda, Azərbaycan və Ermənistan xalqları, həmçinin onların qonşularının maraqları çərçivəsində tam həll etməyə imkan verəcək".

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 26 yanvar — Sputnik. "Biz Dağlıq Qarabağdakı vəziyyəti diqqətlə nəzərdən keçirdik. Biz yanvarın 11-də Rusiya və Azərbaycan prezidentləri, həmçinin Ermənistanın Baş nazirinin görüşündə əldə olunan razılaşmalar barədə (qonağı) məlumatlandırdıq". Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşünün yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

"Bu görüşdə region ölkələrinin də iştirakı ilə Cənubi Qafqazda iqtisadi, nəqliyyat və digər əlaqələrin bərpası üçün əməkdaşlığa dair qərar qəbul edilib. Biz əminik ki, bu iş Dağlıq Qarabağ ətrafında vəziyyətə dair qalan siyasi aspektləri ədalətli əsasda, Azərbaycan və Ermənistan xalqları, həmçinin onların qonşularının maraqları çərçivəsində tam həll etməyə imkan verəcək", - deyə Lavrov qeyd edib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

1
Teqlər:
görüş, Məhəmməd Cavad Zərif, Sergey Lavrov, Azərbaycan, Qarabağ