Təcili tibbi yardım

Xəstə ona yardıma gəlmiş həkimləri döydü

45
(Yenilənib 02:18 29.03.2018)
Həkim briqadası maşına minib ərazidən uzaqlaşmaq istədikdə isə daşla təcili yardım maşınına ziyan vurulub

BAKI, 29 mart — Sputnik. Cəlilabadda Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları döyülüb.

APA-nın məlumatına görə, hadisə rayonun Astanabad kəndində qeydə alınıb.

Çağırışa gedən Cəlilabad Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasının əməkdaşları həmin kənddə döyülüb. Təcili yardım avtomobilində həkim İbadət Ağayev, köməkçi həkim Ruslan Sadıxov və sürücü Muxtar Babayev olub.

Məlumata görə, həkim briqadası çağırış yerinə vaxtında çatıb. Onları isə müayinə etmək üçün getdikləri Ərəstun Zöhrab oğlu Məmmədov qarşılayıb. Həmin şəxs əvvəlcə həkim İbadət Ağayevə, sonra  köməkçi həkim Ruslan Sadıxova, daha sonra isə sürücü Muxtar Babayevə müxtəlif dərəcəli bədən xəsarət yetirib.

Həkim briqadası maşına minib ərazidən uzaqlaşmaq istədikdə isə daşla təcili yardım maşınına ziyan vurulub. Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.

45
Əlaqədar
Həkim yoluxucu xəstəliklərin yayılmasında pulun rolundan danışır
Həkim vegetarianlığın insan orqanizmi üçün təhlükəli olduğunu bildirir
Həkim: Hepatit xəstəliyini gizlədib ailə qururlar
Həkim əhali arasında yayılan kəskin virus infeksiyasından danışır