Fövqəladə Hallar Nazirliyi

Bakıda təhlükəli anlar - FHN məlumat yaydı

281
(Yenilənib 10:26 27.03.2018)
Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb

BAKI, 27 mart — Sputnik. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.

281
Teqlər:
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, vətəndaş, intihar
Əlaqədar
"Koroğlu"da dəhşətli intihar: Gənc qadın körpüdən tullandı - FOTO
Şəkidə dəhşətli intihar hadisəsi baş verdi
Şahzadə hava limanında intihar etdi - VİDEO
Rayonda dəhşətli intihar: Gənc öz beynini dağıtdı
Sirkə turşusu içərək intihara cəhd etdi
İnsanların münasibəti onu intihara sürüklədi